Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin Ukraynada itirdikləri və qazandıqları... - Rusiya lideri real aləmdən nə qədər uzaqlaşıb?

“Ukraynada heç nə itirməmişik, suverenliyimizi qazanmışıq”, deyən Putinin nağılları...

Politoloq: “Putin Vladivostok İqtisadi Forumunda həqiqətləri demir. Həqiqət bundan ibarətdir ki, Rusiya Ukrayna müharibəsində ilişib qalıb. Putinin sifət ifadələrindən də görünürdü ki, o, ölkəsini çıxılmaz bataqlığa soxmasından xəbərdardır”.

“Putin bu bəhanələrlə özünü sığortalamağa cəhd edir ki, guya Ukraynada Rusiyanın suverenliyi, təhlükəsizliyi uğrunda savaş gedir. Amma bu heç də belə deyil. Bu başqa bir suveren dövlətin daxili işlərinə müdaxilədir və işğalçı müharibədir”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya prezidenti Vladimir Putinin Vladivostok İqtisadi Forumunda Ukrayna ilə bağlı dedikləri fikirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün Rusiya prezidenti Vladimir Putin Vladivostok İqtisadi Forumunda bir çox məslələrlə bağlı açılamalar verib və o cümlədən Ukraynadakı müharibəni də bir sıra aspektlərdən şərh edib.

Rusiya Prezidenti ölkəsinin Ukraynada müharibəyə başlamasından heç nə itirmədiyini açıqlayıb.

“Ukraynada xüsusi hərbi əməliyyata başlamaqla heç nə itirməmişik və heç nə itirməyəcəyik. Əsas qazancımız suverenliyimizin möhkəmlənməsidir. Bəli, müəyyən qütbləşmə var, amma mən inanıram ki, həm dünyada, həm də ölkə daxilində bu, yalnız faydalıdır. Çünki lazımsız, zərərli və irəli getməyimizə mane olan hər şey rədd ediləcək, biz sürət, inkişaf tempi yığmağa başlayacağıq, çünki müasir inkişaf yalnız suverenliyə əsaslana bilər. Bu istiqamətdə atdığımız bütün addımlar suverenliyin möhkəmləndirilməsinə yönəlib. Və ikinci və ən vacib faktoru bir daha vurğulamaq istəyirəm. Bu fikir tez-tez səslənir. Biz hərbi əməliyyatlar nöqteyi nəzərdən heç nəyə başlamamışıq, ancaq başa çatdırmağa çalışırıq”, deyə Rusiya lideri vurğulayıb.

Putin həmçinin qeyd edib ki, Ukrayna xalqının böyük əksəriyyəti Kiyev rejiminə nifrət edir və onlarda bu kəsimlə işləməyə çalışırlar. Rusiya prezidentinə görə Ukrayna xalqı Kiyev rejimindən qorxduğuna görə Rusiyaya açıq dəstək vermir.

Qeyd edək ki, Rusiya prezidenti hər nə qədər nikbin ifadələr səsləndirməyə çalışsa da, onun üz ifadələri hər şeyin bırbad olduğundan və Ukraynada cərəyan edən müharibənin heç də Kremlin ssenariinə uyğun getməməsindən xəbər verirdi. “Heç itirməmişik” , deyən Putin, hən də dolayısıyla heç nə qazanmadıqlarını da etiraf etmiş oldu.

Digər tərəfdən Putinin Ukrayna xalqının əksəriyyətinin onun işğalçı müharibəsini dəstəkləməsi ilə bağlı fikirləri Rusiya liderinin həqiqətdən nə qədər uzaq olduğunu göstərmiş oldu. İşğal altında olan ərazilərdə soisal fəlakətin yaşanması ilə bağlı isə Putin susdu. Çünki bu fəlakəti yaradan onun özüdür.

İnsanlara fəlakəti, ölüm və məşəqqəti, əsirlik və qaçqınlığı, bombardman və dağıntını, o cümlədən evindən, işindən didərginliyi gətirən bir ölkənin, bir ordunun və bir liderin Ukrayna xalıq tərəfindən sevilməsinin iddia olunması isə sadəcə gülünc göründü.

Rusiyanın suverenliyindən ağız dolusu dəm vuran Putinin Ukraynanın suverenliyini bir heçə sayması da Rusiya liderinin nə qədər sizinmə qapıldığının göstəricisi kimi də qəbul etmək olar.

Putinin Vladivostok İqtisadi Forumunda Ukrayna ilə bağlı açıqlamalarını PİA.az-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Rusiya prezidenti Uzaq Şərqdə İqtisadi Forumu ona görə keçirir ki, guya müharibə onu çox da narahat etmir. Başqa sözlə, Rusiya sanksiyalardan çəkinmir və yeni istiqamətlərdə çalışmalarını davam etdir. Yəni Putin göstərməyə çalışır ki, iqtisadi əlaqələri inkişaf etdirmək üçün başqa platformalar da var”.

Putinin bəhanələrlə özünü sığortalamağa çalışdığını düşünən politoloq PİA.az-a bildirib ki, Rusiya lideri sübut etməyə çalışır ki, guya Ukraynada Rusiyanın suverenliyi, təhlükəsizliyi uğrunda savaş gedir. Amma bu heç də belə deyil. Bu başqa bir süveren dövlətin daxili işlərinə müdaxilədir və işğalçı müharibədir:

“Əslində, Putin Vladivostok İqtisadi Forumunda həqiqətləri demir. Həqiqət bundan ibarətdir ki, Rusiya Ukrayna müharibəsində ilişib qalıb. Putinin sifət ifadələrindən də görünürdü ki, o, ölkəsini çıxılmaz bataqlığa soxmasından xəbərdardır. Artıq Ukrayna-Rusiya müharibəsi yeddinci aya daxil olub və bir neçə gündən sonra Putinin başlatdığı ədalətsiz müharibə 200-cü gününə çatacaq. Bu müharibənin hələ nəqədər uzanacağını isə heç kim deyə bilməz.

Rusiyada düşünürdülər ki, qısa müddətdə Ukraynanı parçalayacaqlar və Kiyevi işğal edəcəklər. Amma indi Rusiya ordusu heç Donbası belə işğal edə bilməyib. Xerisonda isə Ukrayna ordusunun əks həmlələri ilə üzləşiblər. Rusiya bu müharibədə 10 minlərlə hərbçisini itirib.

Əslində, bu Rusiya üçün böyük faciə sayılmalıdır. Amma Putin özünü o yerə qoymur. O özünü elə aparır ki, sanki hər şey normal gedir və hər şey rəvandır, hər şey yolundadır. Lakin Rusiya liderinin səs tonundan da anlaşılırdı ki, o, əslində faciənin miqyasını başa düşür, lakin bunu etiraf etməyin həm üzü üçün, həm də təmsil etdiyi dövlət üçün ölümə bərabər olduğnu da yaxşı bilir.

Rusiya prezidenti Uzaq Şərqdə İqtisadi Forumu ona görə keçirir ki, guya müharibə onu çox da narahat etmir. Başqa sözlə, Rusiya sanksiyalardan çəkinmir və yeni istiqamətlərdə çalışmalarını davam etdir. Yəni Putin göstərməyə çalışır ki, iqtisadi əlaqələri inkişaf etdirmək üçün başqa platformalar da, var.

Əgər bu iqtisadi forumda Uzaq Şərqin aparıcı iqtisadiyyatlaı olan Yaponiya, Cənubi Koreya, Tayvan, Malayziya və digər ölkələr iştirak etsəydilər, onda Putinə haqq vermək olardı. Onda düşünmək olardı ki, Rusiyanın Qərbdən başqa digər platformalarda iqtisadi əməkdaşlığı yürütmək üçün tərəfdaşları var. Amma fakt odur ki, Uzaq Şərqin aparıcı iqtisadiyyatlarından ancaq Çin bu forumda təmsil olunur və bu təmsilçiliyi də tam format adlandırmaq olmaz.

Ümumiyyətlə Vladivostok İqtisadi Forumunda təmsilçilik elə bir səviyyədədir ki, bu təmsilçilik Rusiyanı ancaq aşağaılaya bilər. Nəzərə alsaq ki, Rusiyanın Avrasiya İqtisadi İttafaqında müttəfiqləri olan Mərkəzi Asiya ölkələrinin bu foruma qatılmaması da Rusiyaya olan münasibəti ortaya qoyur. Ermənistanın isə bu forumda iştirakı ümumiyyətlə anlaşılmazdır. çünki Ermənistanın Uzaq Şərq və Cənubi Asiya ilə heç bir iqtisadi əlaqələri yoxdur.

Elxan Şahinoğlu: “Putinin sözlərindən o da aydın olur ki, Rusiya geri çəkilməyəcək. Ukrayna ilə Rusiyanın müharibəsi aylarla, təəssüf olsun ki, bəlkə illərlə davam edəcək”.

Forumda iqtisadi mövzulardan daha çox müharibə mövzusunun da əsas müzakirə obyektinə çevrilməsi onu göstərir ki, Putinin nələr söyləməsinə baxmayaarq, dünya ictimaiyyətinin Rusiya cəmiyyətin diqqəti müharibədədir. Çünki Ukraynanın əks həmlələri başlayıb və buna görə Rusiyanın itkiləri çoxalıb. Buna görə isə Rusiyada narahatlıq artmaqdadır..

Buna baxmayaraq Putinin sözlərindən o da aydın olur ki, Rusiya geri çəkilməyəcək. Ukrayna ilə Rusiyanın müharibəsi aylarla, təəssüf olsun ki, bəlkə illərlə davam edəcək.

Rusiya prezidentinin "itirməmişik, suverenliyimizi qazanmışıq" ifadəsi də həqiqətə uyğun deyil. Putin demək istəyir ki, orada guya Rusiyanın suverenliyini müdafiə edirlər. O cəmiyyətə nağıl danışır ki, guya Ukrayna ilə müharibə olmasaydı NATO gəlib Ukraynada yerləşəcəkdi və bu da Rusiyaya təhdid yaradacaqdı. Rusiya 2014-cü ildə də Krımı bu bəhanə ilə ilhaq etdi. Guya Rusiya Krımı ilhaq etməsəydi, artıq NATO Krımda yerləşəcəkdi. Amma belə bir hadisənin olacağı ilə bağlı bir işartı, yaxud da proses yox idi. Digər tərəfdən, Rusiyanın suverenliyindən danışan Putin üçün Ukraynanın suverenliyi hansı anlam daşıyır?

Rusiya prezidenti müxtəlif bəhanələrlə Ukraynada başlatdığı işğalçı siyasətə haqq qazandırmağa çalışır. Putin bu bəhanələrlə özünü sığortalamağa cəhd edir ki, guya Ukraynada Rusiyanın suverenliyi, təhlükəsizliyi uğrunda savaş gedir. Amma bu heç də belə deyil. Bu başqa bir suveren dövlətin daxili işlərinə müdaxilədir və işğalçı müharibədir. Bunu bütün dünya da belə qiymətləndirir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Ən çox oxunanalar