Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin son bəyənatı imperiyanın əvvəlki sərhədlərdə bərpası üçün çağırış deyilmi?..

SSRİ-nin dağılması doğrudanmı faciə idi və Putin müstəqil olan ölkələri bir zamanlar Rusiya ərazisi kimi təqdim etməklə nəyə nail olmaq istəyir?..

Nəzakət Məmmədova: “Putin müstəqil olan ölkələri Rusiyanın ərazisi kimi təqdim etmir. O deyir ki, vaxtı ilə SSRİ adı altında vahid məkan olub”.

Əhəd Məmmədli: “Rusiya prezidentinin bu fikirləri sadəcə olaraq cəfəngiyyatdır”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Putinin SSRİ-i haqqında dedikləri so fikirləri PİA.az-a şərh edərkən qeyd edib.

SSRİ-nin dağılmasını “Ölkə vətəndaşlarının böyük əksəriyyətinin faciəsi ilə eyni faciədir” kimi şərh edib. “Axı Sovet İttifaqının dağılması nədir? Bu, Sovet İttifaqı adlanan dövlətin deyil, tarixi Rusiyanın dağılmasıdır”, - deyə Putin bildirib. Rusiya prezidentinin bu fikirləri SSRİ-nin tərkibində olmuş ölkələrin əhalisi tərəfindən heç də birmənalı qarşılanmayıb. Qeyd edək ki, Rusiyanın Belarusla ittifaq dövləti yaratmaq haqqında razılığa gəlməsi Putinin yenidən Rusiyanı CCRİ sərhədlərinə qədər böyütmək haqqında fikirlərin ortaya çıxmasına səbəb olub. Putinin son bəyanatında isə diqqət çəkən məsələ “Sovet İttifaqı adlanan dövlətin deyil, tarixi Rusiyanın dağılmasıdır”.

Putinin SSRİ-nin dağılmasını tarixi Rusiya ərazilərinin itirilməsi kimi dəyərləndirməsi Rusiya liderinin revanşist planlarının olmasından xəbər verirmi? Nədən Rusiya Prezidenti niyə məhz indi belə fikirləri səsləndirdi və Putin müstəqil olan ölkələri bir zamanlar Rusiya ərazisi kimi təqdim etməklə nəyə nail olmaq istəyir?

Mövzunu PİA.az-ın əməkdaşı əməkdaşı politoloq Nəzakət Məmmədova və “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.

Əhəd Məmmədli: “Putinin bu fikirləri postsovet ölkələrinə ərazi iddiasıdır”.

Bu fikirlər Putinin işğalçı təfəkkürünün məhsulu oldğunu düşünən politoloq PİA.az-a bildirib ki, Putinin gücü olsa, postsovet ölkələrinə ərazi iddiasını irəli sürər:

“Putinin bu fikirləri hələ çox davam edəcək. Rusiya prezidentinin bu fikirləri sadəcə olaraq cəfəngiyyatdır. Düşünürəm ki, postsovet məkanında olan müstəqil dövlətlərdən biri Putinə layiqli cavab verənə qədər onun bu cəfəngiyyat fikirləri davam edəcək.

SSRİ-nin dağılması ilə tarixi olaraq Rusiya ərazi itirib. Amma hal-hazırdakı Rusiya ərazisi belə türk imperiyası Qızıl Ordanın dağılmasından sonra qurulan bir dövlətdir. Postsovet dövlətləri, məsələn Qazaxıstan özünü Qızıl Ordanın varsi kimi çıxış edə bilər.Buna qalsa, Qazaxıstan prezidenti də deyə bilər ki, Rusiya ərazisi qədim Qazaxıstan ərazisidir.

Belə olsa, Putin daha bu cür cəfəngiyyatı danışmayacaq. Putinin bu fikirləri postsovet ölkələrinə olan ərazi iddiasıdır. Bu Putinin işğalçı təfəkkürüdür. Təbbi ki, Putinin gücü olsa, postsovet ölkələrinə ərazi iddiasını irəli sürər. Amma Putin o gücdə deyil. Putin arzularını dilə gətirir. Buna görə də Putinə dayan demək lazımdır. Bu fikirlərə elə Putin səviyyədə də cavab verilməlidir”.

Nəzakət Məmmədova: “Putinin bu fikirini insanlar o vaxt qəzəblə qarşılayardılar ki, onların indiki rifah vəziyyətləri sovet dövründəkindən yaxşı olsun”.

Putinin düz dediyini və tamamilə haqlı olduğunu düşünən politoloq Nəzakət Məmmədova PİA.az-a açıqlamasında əlavə edib ki, bizim xoşumuza gəlsə də, gəlməsə də Putin reallığı deyib:

“Mən düşünmürəm ki, Putinin bu fikirləri post-sovet ölkələrinin əhalisi tərəfindən qəzəblə qarşılanıb. Gəlin Azərbaycanda sorğu keçirək və sadəcə bir sual verək. Sualımız belə olsun ki, siz indiki həyatınızdan razısınız, yoxsa sovet dövründəki həyatınızdan. Mən əminəm ki, insanların çoxu deyəcək ki, biz sovet dövründə indikindən min dəfə yaxşı yaşayırdıq. Söhbət təkcə yaxşı yaşamaqdan, sosial rifahdan getmir. Söhbət dövlətin qanunla idarə olunmasından gedir. Həmin dövrdə dövlət qanunla idarə olunurdu. Bu gün o qanunlar yoxdur. Rüşvət, korrupsiya və digər neqativ hallar bu gün bizim müstəqil dövlətimizdə təəsüf ki, var. Tək Azərbaycan deyil, əksəriyyət keçmiş sovet dövlətləri bu üsullarla idarə olunur.

Putinin bu fikirini insanlar o vaxt qəzəblə qarşılayardılar ki, onların indiki rifah vəziyyətləri sovet dövründəkindən yaxşı olsun. Pafoslu müstəqillik adı altında bir qisim insanların surətlə varlanması və digər insanların səfalət içində yaşaması yaxşı hal deyil. Faktiki olaraq indi insanlar evi olan bomj kimi yaşayırlar. Yəni ev var, amma insanların gəliri yoxdur. Dükan və bazarlarda hər şey var, amma insanların istədiklərini almağa imkanları yoxdur. Həmçinin insan öz övladını normal böyüdə bilmir. Heç məhkəmə, iş, əmək hüquqları da yoxdur. Bir qrup insanlar başqa qrup insanları kölə kimi istismar ediblər. Bunun adı da müstəqillikdirsə, bu heç bir ölkədə normal qəbul oluna bilməz.

SSRİ-nin dağılması müttəfiq ölkələrin hamısı üçün faciə idi. Reallıq odur ki, milyonlarla insana SSRİ-nin dağılmasının qurbanına çevrilib. Əgər SSRİ-i dağılmalı idisə belə dağılmalı deyildi. Onu dəyişmək olardı. Biz nə Avropa kimi avropayıq, nə də başqa quruluş kimi qurluşuq. Hazırda faktiki olaraq vəhşi kapitalizmdir.

Nəzakət Məmmədova: “Həmin dövrdə dövlət qanunla idarə olunurdu. Bu gün o qanunlar yoxdur. Rüşvət, korrupsiya və digər neqativ hallar bu gün bizim müstəqil dövlətimizdə təəsüf ki, var”.

Məsələn Azərbaycanda oliqarx olanlar dünya bir yana heç ölkəsində heç bir sahədə tövhə verməyən insanlardır. Onlar birdən-birə oldular oliqarx. Başqa insanlar isə qəpiyə möhtac qalıb. Bunun nəyi yaxşıdır? Həmçinin etnik münaqişə zamanı istər Azərbaycanda, istər Ermənistanda, istər Gürcüstanda, istər Moldovada minlərlə cavan insanlar öldülər. Hazırda bu proses Ukraynada baş verir. Bu da çox böyük faciədir.

Amma SSRİ-i olsaydı bunların heç biri baş verməzdi. Putin düz deyir və tamamilə haqlıdır. Bizim xoşumuza gəlsə də, gəlməsə də Putin reallığı deyib. Bu fikirləri tək Putin yox, ali təhsil insanlar, fəhlə insanlar da deyir. Yəni ağlı başında olan hər bir insan 30 illik yaşadığı dövrdən sonra bu fikrə gəlib.

Onu da qeyd edim ki, Putin müstəqil olan ölkələri Rusiyanın ərazisi kimi təqdim etmir. O deyir ki, vaxtı ilə SSRİ adı altında vahid məkan olub. Putin ərazi iddiası irəli sürmür. O demək istəyir ki, biz hamımız bir dövlətin tərkibindən olmuşuq. Putinin fikirləri acı olsa da, reallıqdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar