Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin “müharibə vəziyyəti” - Ukraynada savaş taktikası dəyişəcək?

Rusiya prezidenti Ukraynanın ilhaq olunan 4 vilayətində hərbi vəziyyət rejimi elan edilməsi haqqında sərəncam imzalayıb...

Hərbi-ekspert: “Rusiyanın işğal etdiyi 4 Ukrayna vilayətində müharibə vəziyyəti elan etməsi döyüş əməliyyatları teatrında vəziyyətin Kremlin planlarına uyğun olmadığını və planın uyğun inkişaf etmədiyini nümayiş etdirir”.

“Yaxın perspektivdə biz Ukrayna-Rusiya müharibəsində kardinal dəyişiklikləri gözləyə bilmərik”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev Rusiya prezidenti Vladimir Putinin işğal olunmuş 4 vilayətdə müharibə vəziyyətini elan etməsini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Rusiya prezidenti Vladimir Putin işğal olunmuş 4 vilayətdə müharibə vəziyyəti elan edib. Bunu dövlət başçısı Təhlükəsizlik Şurasının video-konfrans formatındada keçirilən iclasında açıqlayıb. Həmçinin Ukrayna ilə sərhəd olan Rusiya vilayətlərində, o cümlədən Moskvada yüksək hazırlıq vəziyyəti elan edilib.

Qismən səfərbərlikdən sonra Putinin ilhaq olunan ərazilərdə müharibə vəziyyəti elan etməsi nədən xəbər verir və bundan sonrakı mərhələdə müharibədə hansı dəyişiklikləri gözləmək olar?

Rusiyanın Ukraynaya qarşı atdığı son addımı PİA.az-ın əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Yaxın perspektivdə əməliyyat şəraitinin qismən Ukraynanın xeyrinə dəyişə biləcəyini ehtimal etmək mümkündür”.

Tək yüksək hazırlıq elan olunan ərazilərin birmənalı olaraq Rusiyanın paytaxtına qədər uzandığını vurğulayan ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, Rusiya Ukrayna tərəfindən ərazisində baş verə biləcək mümkün zərbələrin qarşısının alınması üçün demək olar bütün resurslarını istifadə etmək niyyətindədir:

Rusiyanın işğal etdiyi 4 Ukrayna vilayətində müharibə vəziyyəti elan etməsi döyüş əməliyyatları teatrında vəziyyətin Kremlin planlarına uyğun olmadığını və planın uyğun inkişaf etmədiyini nümayiş etdirir. TTək yüksək hazırlıq elan olunan ərazilər isə birmənalı olaraq Rusiyanın paytaxtına qədər uzanır. Başqa sözlə desək, Rusiya Ukrayna tərəfindən ərazisində baş verə biləcək mümkün zərbələrin qarşısının alınması üçün demək olar bütün resurslarını istifadə etmək niyyətindədir.

Yaxın perspektivdə biz Ukrayna-Rusiya müharibəsində kardinal dəyişiklikləri gözləyə bilmərik. Amma əməliyyat şəraitinin qismən Ukraynanın xeyrinə dəyişə biləcəyini də ehtimal etmək mümkündür. Rusiyanın isə əməliyyatlar zonasında ciddi nailiyyətlər əldə edəcəyi real görünmür. Buna görə də Ukraynanın əməliyyatlar zonasından kənarda yerləşən və mülki əhalinin yaşadığı şəhərlərə, o cümlədən ölkə paytaxtı Kiyevə və onun ətrafında Rusiyanın raket və pilotsuz vasitələrlə endirəcəyi zərbələrin sayında müəyyən bir artım gözləyə bilərik”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevral ayının 24-də başlayıb. Sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşdirilməsini dəstəkləyib.

Rəsmi Kiyev, beynəlxalq təşkilatlar və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb.

Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb. Həmin gün Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb. Mərasim Moskvada Böyük Kreml sarayının Georgiyevsk zalında keçirilib.

Sazişləri Rusiya Prezidenti Vladimir Putin, separatçı “Donetsk Xalq Respublikası”nın, “Luqansk Xalq Respublikası”nın, Xerson və Zaporojye vilayətlərinin rəhbərləri imzalayıblar. Rusiya Dövlət Duması və Federasiya Şurasının ratifikasiyasından sonra oktyabrın 5-də V.Putin sazişləri təsdiqləyib.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar