Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin fəlakətli səhvi – “Hər halda o, öz canına qəsd etməlidir…”

“Rusiya prezidentinin üç müşaviri var - İvan Qroznı, Böyük Pyotr və Böyük Yekaterina” - Ukraynanı işğal etmək qərarı necə verildi…

Vladimir Putin Ukraynanı işğal etmək qərarına gələrkən hətta yaxın çevrəsindən olan insanların da fikrini nəzərə almayıb. Lakin o, ukraynalı siyasətçisi olan kirvəsi Viktor Medvedçukun məsləhətlərinə qulaq asıb. Hər şeydən əvvəl Putini yeni Pyotr I kimi tarixə düşmək istəyi idarə edirdi.

Poliqon.info bildirir ki, The Financial Times nəşri Rusiyanın Ukraynaya təcavüzünün ildönümü ərəfəsində geniş araşdırmada yazı ilə çıxış edib.

İşğal günü, fevralın 24-də Putinin iri biznesmenlərlə görüşünün iştirakçısı qəzetə bildirib ki, tədbirdən əvvəl o, xarici işlər naziri Sergey Lavrovdan Ukraynaya yaxınlaşan işğalla bağlı məlumatların hakim və biznes elitasına necə naməlum qaldığını soruşub. Biznesmenin sözlərinə görə, nazir buna belə cavab verib: “Onun (Putinin) üç müşaviri var. İvan Qroznı, Böyük Pyotr və Böyük Yekaterina”.

FT-nin məlumatına görə, Lavrovun özü müharibənin başlaması barədə fevralın 24-də səhər saat bir radələrində xəbər tutub.

Ukrayna ilə müharibə ideyası Rusiya Xarici Kəşfiyyat İdarəsi tərəfindən də doğru addım kimi qiymətləndirilməyib. Hətta Nikolay Patruşev fevralın 21-də Təhlükəsizlik Şurasının iclasında diplomatiyaya daha bir şans verilməsini təklif edib. Kremlə yaxın mənbə deyir ki, Patruşev ordunun vəziyyətinin necə pis olduğunu bilirdi və bu barədə Putinə danışıb.

Lakin prezident 2014-cü ildə Krımın ilhaqı zamanı olduğu kimi, narazıların səslərini rədd edib. Daha sonra Təhlükəsizlik Şurasına belə hücumla məlumat verməyib.

Əməliyyatın müzakirəsi yalnız səhər saat 7-də başa çatan gecə iclasında baş tutub, deyə FT yazır. Prezidentin həmsöhbətləri müdafiə naziri Sergey Şoyqu və üç yüksək rütbəli təhlükəsizlik məmuru olub.

Rusiyanın keçmiş yüksək rütbəli məmurunun və ABŞ-ın keçmiş yüksək vəzifəli rəsmisinin sözlərinə görə, məsləhətçilər Putini Krıma qoşun göndərməkdən çəkindirməyə çalışıblar. “Putin dedi ki, “Bu, tarixi bir məqamdır. Əgər bununla razı deyilsinizsə, gedə bilərsiniz”, deyə keçmiş rusiyalı məmur bildirib.

“O, həqiqətən də müqəddəslik və Böyük Pyotr haqqında söylənilən mifik hər şeyə inanır. O, Pyotr kimi xatırlanacağını düşünür”, - keçmiş yüksək vəzifəli məmur bildirib.

FT yazır ki, Putini I Pyotr kimi Rusiyanın əzəmətini təsdiq etmək üzrə tarixi missiyası üzərində düşünməyə ruhlandıran şəxslərdən biri də pandemiya başlayandan sonra prezidentlə çox vaxt keçirən Yuri Kovalçuk olub.

Əsas problem odur ki, Putin öz ətrafında elə bir sistem qurub ki, ona heç kim həqiqəti deməsin. Müharibə başlayandan bəri prezident daha da təcrid olunub. Bunu onu yaxından tanıyanlar deyirlər.

“Heç kim hər şeydə mütəxəssis ola bilməz. Məmurlar onunla dürüst olmalıdırlar, amma bunu etmirlər. Bu, onun informasiya bazasında böyük boşluqlar yaradır və alınan məlumatların keyfiyyəti çox arzuolunmazdır”, deyə Putini çoxdan tanıyan bir mənbə deyib.

“Stalin bədxah idi, amma yaxşı idarəçi idi, çünki onu aldatmaq olmazdı. Amma heç kim Putinə həqiqəti deyə bilməz. Adətən heç kimə etibar etməyən insanlar, onlara yalan danışan çox az sayda insana etibar etməyə başlayırlar”, deyə Putinlə tanış olan mənbə qeyd edib.

Qəzetin yazdığına görə, prezident administrasiyası rəhbərliyinin və hökumətin iqtisadi blokunun əksəriyyəti şəxsi söhbətlərində müharibənin əleyhinədirlər, lakin heç bir şəkildə ona təsir edə bilməyəcəklərini deyirlər. Keçmiş yüksək rütbəli məmur deyib: “Bu, dünya tarixində bütün elitanın həqiqətən qarşı olduğu unikal müharibədir”.

Putinin məhdud sosial dairəsi onu əməliyyatı planlaşdırarkən Viktor Medvedçukun Ukrayna ilə bağlı məlumatlarına əsaslanmağa vadar edib. Medvedçuk Putinə söz verib ki, rus qoşunları Ukraynada xoş qarşılanacaq, deyə FT yazır. Bu qiymətləndirmə FTX tərəfindən də dəstəklənib.

“Medvedçukun adamları rus qoşunları üçün gözətçi kimi işləyib. Binalara və yollara naviqasiya nişanları qoyur, Rusiyaya Ukraynanın cənubundakı hissələri, o cümlədən Xersonu ələ keçirməyə kömək edirdi. Bununla belə, Medvedçukun satın aldığı insanların çoxu sadəcə olaraq aldıqları pulla qaçıblar və ya aldıqları təlimatlarla bağlı Ukrayna hakimiyyətini xəbərdar ediblər”, deyə yüksək rütbəli ukraynalı məmur və RusiyaABŞ-dan olan bir neçə keçmiş məmur qəzetə bildirib.

Qəzet əlavə edir ki, plana görə, hərbi əməliyyatların uğurlu inkişafı ilə 2014-cü ildə Rusiyaya qaçan Viktor Yanukoviç hakimiyyətin Medvedçuka verilməsi ilə bağlı ukraynalılara videomüraciət etməli idi.

Prezidentə yaxın adamlar qəzetə bildiriblər ki, işğaldan bir il sonra Putin başa düşüb ki, onun bu avantürasının qiyməti çox böyük olub. Lakin buna baxmayaarq Putin hələ də qalib gəlmək əzmindədir.

Keçmiş və indiki məmurlar deyirlər ki, Putin müharibəni davam etdirmək üçün yeni bəhanələr axtarır və israr edir ki, istənilən vasitə ilə işğalı davam etdirməkdən başqa seçimi yoxdur.

“O, ətrafındaklara belə deyir: “Məlum oldu ki, biz müharibəyə tamamilə hazırlıqsızolmuşuq. Ordu başıpozuqdur. Sənayemiz xaos içindədir. Ancaq nə yaxşı ki, biz bunu NATO bizi işğal edəndə deyil, bu yolla bildik”, deyə keçmiş məmurlardan biri bildirib.

Qəzet yazır ki, Putin işğala başladıqdan və ilk uğursuzluqlardan sonra komandanlığın səhv hesablamalarının miqyasını dərk etməyə və məlumat üçün qeyri-rəsmi mənbələrə müraciət etməyə başlayıb. Bunun üçün yay aylarında Putin müharibəni dəstəkləyən hərbi bloggerlərlə ən azı iki qapalı görüş keçirib.

Qəzet qeyd edir ki, müharibə əleyhdarı rəsmilərin sanksiyaların iqtisadi zərərinə işarə edərək Putini müharibəni bitirməyə inandırmağa çalışsalar da, Rusiya prezidenti hələ də işğalı yanlış qərar kimi görmür.

Keçmiş yüksək rütbəli Kreml rəsmisi deyir ki, Putin çətin alternativ qarşısındadır:

Rusiya üçün fəlakətli məğlubiyyət halında nə baş verəcəyini düşünmək qorxuncdur. Bu o deməkdir ki, fəlakətli səhvlərə yol verilib və bunun arxasında duran şəxs istər güllə, istər sianid, istərsə də başqa bir yolla öz canına qəsd etməlidir”, deyə keçmiş Kreml rəsmisi bildirib.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Ən çox oxunanalar