Cümə axşamı, 29 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahin Mustafayev Özbəkistanın Baş naziri və Əfqanıstanın Baş naziri vəzifəsini icra edən şəxslə görüşüb

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Özbəkistanın Baş naziri və Əfqanıstanın Baş naziri vəzifəsini icra edən şəxslə görüşüb...

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, avqustun 29-da Özbəkistanın Termez şəhərində “Termez” Beynəlxalq Ticarət Mərkəzinin rəsmi açılış mərasimi olub. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti açılış mərasimində iştirak edib.

Ş.Mustafayev tədbir çərçivəsində Özbəkistanın Baş naziri Abdulla Aripovla görüşüb. Görüşdə qeyd olunub ki, Azərbaycan-Özbəkistan dostluq və qardaşlıq münasibətləri bu gün Prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir.

Vurğulandı ki, Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 22-23-də Özbəkistana dövlət səfəri zamanı müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması iki ölkə arasında əlaqələrdə yeni səhifə açaraq, onları ən yüksək səviyyəyə qaldırıb.

Eyni zamanda səfər əsnasında keçirilmiş Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında qəbul edilən qərarların əhəmiyyəti vurğulandı, dövlət başçıları tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi üçün iki ölkənin hökumətlərinin səylərinin birləşdirilməsinin zəruriliyi qeyd olundu.

Hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair yeni beş illik Yol Xəritəsinin tərtib edilməsi və imzalanması dövlət başçıları tərəfindən qarşıya qoyulan mühüm vəzifələrdən biri kimi dəyərləndirildi.

Azərbaycan və Özbəkistan tərəfindən müxtəlif sahələrdə, xüsusilə investisiya, sənaye, kənd təsərrüfatı, nəqliyyat, neft-qaz sahələrində həyata keçirilən birgə layihələrin uğurlu nəticələri təqdir edildi.

Azərbaycan Prezidentinin dövlət səfəri zamanı bir çox yeni istiqamətlər üzrə birgə layihələrə başlanılmasının əhəmiyyəti vurğulandı.

İki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın inkişaf dinamikasından məmnunluq ifadə olundu, cari ilin yanvar-iyul aylarında ticarət dövriyyəsinin 28% artdığı bildirildi.

Eyni zamanda nəqliyyat-tranzit sahəsində əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilərək, 2024-cü ilin ilk yarısında iki ölkə arasında tranzit daşımaların həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 37% artdığı məmnunluqla qeyd olundu.

Yeni açılan “Termez” Beynəlxalq Ticarət Mərkəzinin ticarət əlaqələrinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi baxımından əhəmiyyəti vurğulandı.

Səfər zamanı Şahin Mustafayev həmçinin Əfqanıstanın Baş naziri vəzifəsini icra edən Əbdül Qani Baradarla görüşüb.

Görüşdə Azərbaycan ilə Əfqanıstanı tarixi və mədəni bağların birləşdirdiyi qeyd edildi.

Diqqətə çatdırıldı ki, Azərbaycan hər zaman həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində Əfqanıstanda sabitliyin və inkişafın təşviqinə, humanitar məsələlərin həllinə töhfə verib.

İki ölkə arasında ticarət-iqtisadi və sərmayə qoyuluşu sahələrində əlaqələrin perspektivləri müzakirə edildi, müvafiq əməkdaşlığın genişləndirilməsi ilə bağlı qarşılıqlı maraq ifadə olundu.

Tərəflər həmçinin nəqliyyat-tranzit sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirərək, “Lapis-Lazuli" beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin önəmini qeyd etdilər.

“Termez” Beynəlxalq Ticarət Mərkəzinin açılmasının Əfqanıstanla da ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə edildi.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

“Dünyanın sonu yaxınlaşır” - Qiyamətdən salamat çıxacaq o ölkəyə sığınmağa başladılar

Qəbiristanlıqda qətlə yetirilən Bəhmən "Qisas" əməliyyatında iştirak edibmiş

"Qarabağ" "Dinamo Zaqreb"ə məğlub oldu: Çempionlar Liqasında mübarizəni dayandırdı - Yenilənib

Pavel Durovun nələrdə ittiham olunduğu məlum olub

Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib - Yenilənib

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

DİN-dən xəbərdarlıq: Kibercinayətkarlar yeni üsullarla oğurluqlara başlayıb

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay