Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şoyqunun qızı Rusiyanın Ukraynanya hücum etməsindən bir gün əvvəl Dubaya uçub

Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya Moskvanın Ukraynaya hücumundan bir gün əvvəl ölkəni tərk edib...

Poliqon xəbər verir ki, bu barədə "Agentstvo News" nəşri məlumat yayıb. Nəşr yazır ki, Kseniya Şoyqu 2022-ci il fevralın 23-də günortadan sonra - müharibənin başlamasına 14 saat qalmış ölkədən çıxıb.

Nəşr sərhəd-keçid bazasından sızan sənədə istinad edib. Ümumilikdə, Rusiya Federasiyası ilə Ukrayna arasında müharibə başlayandan bəri Şoyqunun qızı 7 dəfə Birləşmiş Ərəb Əmirliklərinə uçub.

"Kseniya Şoyqu Şeremetyevodan BƏƏ-nin paytaxtı Əbu-Dabiyə 2022-ci il fevralın 23-də, saat 15:50-də uçub. O, "Etihad" aviaşirkətinin müntəzəm reysindən istifadə edib. Ertəsi gün saat 6:00-da Kreml Vladimir Putinin müharibənin başlanması ilə bağlı mesajını dərc edib. Sızdırılan məlumatlara görə, Şoyqunun qızı bir gün ərzində, fevralın 25-də saat 14:25-də Rusiyaya qayıdıb. Sergey Şoyqu Rusiyanın Ukraynaya hücumunun dəqiq tarixini bilən rus isteblişmentinin azsaylı nümayəndələrindən biri idi", deyə nəşr qeyd edib.

Maraqlıdır ki, Kseniya Şoyqu 2020-ci ildən Rusiya Triatlon Federasiyasına rəhbərlik edir. Bundan əlavə, o, "Qəhrəmanların yarışı" idman yarışlarının təşkili ilə məşğul olur.

"2022 və 2023-cü illərdə o, Vladimir Putin üçün Kronştadtda yaradılan "Fort Island" turizm və rekreasiya klasterinə ekskursiya təşkil edib. Kremlin saytı onu klasterin yaradılması layihəsinin ofisinin rəhbəri kimi təqdim edib", deyə agentlik vurğulayıb.

Şoyqunun qızının səyahətlərinin üzə çıxdığı məlumat bazasının eyni sızmasından məlum olub ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun qızları Karina, Tabarık və Hedi 2017-ci ildə Fransaya getmək üçün başqa soyadlı pasportlardan istifadə ediblər. Onlar Parisə atalarının "Airbus ACJ319" biznes təyyarəsi ilə uçublar və göyərtəsində ən azı 21 nəfər olub.

Sərnişinlər arasında Musayeva soyadlı pasportdan istifadə edən Çeçenistan rəhbərinin üç qızı da olub, hər üçünün atasının adının qrafasında "Ramzanovna" yazılıb. Maraqlıdır ki, sızan məlumatlara görə, bütün bu pasportlar hələ də qüvvədədir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Bloomberg: ABŞ blokadası İranın neft ixracını iflic edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay