Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Serbiya qırıcıları niyə Rusiyadan yox, Fransadan alıb? - Vuçiç səbəbini açıqlayıb

Hazırda Rusiyadan hərbi təyyarə almaq mümkün olmadığı üçün Serbiya Fransa ilə 12 ədəd "Rafale" qırıcısı almaq üçün müqavilə bağlayıb...

Poliqon xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.

"Serbiyanın tarixində ilk dəfə olaraq Qərb istehsalı təyyarələrimiz olacaq. İndi Serbiyadan mənə hücumlar olur, niyə bunu Rusiya, Çin və başqası ilə yox, Fransa ilə edirik deyə. Mən isə soruşuram: Sizcə, indi ruslar bizə təyyarə verə biləcək, bu təyyarələr bizə gəlib çatacaq?!", deyə Vuçiç bildirib və əlavə edib ki, o, müqavilənin bütün aspektlərini nəzərə almalıdır.

Vuçiç bildirib ki, Fransa prezidenti Emmanuel Makron Serbiyanın Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyinə ümid edirmiş, amma bu baş verməyib və Belqrad öz mövqeyindən utanmır: "Bilirəm ki, Emmanuel bizim Rusiyaya qarşı sanksiyalar tətbiq etməyimizi istəyirdi. Lakin biz bunu etmədik və bəhanə gətirmək fikrində də deyilik. Mən xalqıma hesabat verərək qərarlar verirəm. Biz Ukraynaya qarşı hərəkət etməmişik. Biz onun ərazi bütövlüyünü dəstəkləyirik, BMT Nizamnaməsinə hörmət edirik və ukraynalıları dost xalq hesab edirik. Serbiya bütün digər Balkan ölkələrindən 20 dəfə daha çox humanitar yardım göstərib. Ən son töhfə 5 min noutbuk və "iPad"dir".

Qeyd edək ki, Serbiya Fransa ilə 2,7 milyard avro dəyərində 12 yeni "Rafale" döyüş təyyarəsi almaq üçün müqavilə imzalayıb. 2022-ci ilin yazında Serbiya prezidenti ölkəsinin Fransa ilə 12 yeni "Rafale" qırıcısı almaq üçün danışıqlar apardığını və başqa ölkədən daha 12 işlənmiş təyyarə almağı nəzərdən keçirdiyini açıqlayıb. 2023-cü ilin yayında Vuçiç bildirib ki, tərəflər bu qırıcılar üçün qiymətləri və raketlərin növlərini müzakirə edirlər. O qeyd edib ki, Fransa "Meteor" raketlərini NATO üzvü olmayan ölkələrə satmaq istəmir. 2024-cü ilin aprelində o, Fransa ilə müqavilənin tezliklə tamamlana biləcəyini təsdiqləyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Arxeologiyanın ürəyi Türkiyənin Şanlıurfasında döyünür – Fotolar

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

Ən çox oxunanalar