Cümə axşamı, 29 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaşar Gülər: Böyük zəfər Azərbaycan türklərinin illər ərzində məruz qaldığı haqsızlığa ən gözəl cavab oldu

Azərbaycan Ordusunun 44 gündə əldə etdiyi böyük zəfər tarixə qızıl hərflərlə yazıldı, Azərbaycan türklərinin illər ərzində məruz qaldığı haqsızlığa göz yumanlara, həll yolu tapmaq istəməyənlərə ən gözəl cavab oldu...

Poliqon xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycandan olan Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvləri ilə görüşündə deyib.

O bildirib ki, qəhrəman Azərbaycan şəhidləri tarixi dastan yazıb.

"Bu gün Qarabağda Azərbaycan bayrağı şərəflə dalğalanırsa, bu, şanlı Azərbaycan Ordusunun hər bir mənsubunun, xüsusilə də əziz şəhidlərimizin, qəhrəman qazilərimizin göstərdiyi şücaət sayəsindədir", - nazir vurğulayıb.

Y.Gülərin sözlərinə görə, Azərbaycan həm “Tək Vətən hərəkatı”, həm də antiterror əməliyyatı ilə nümayiş etdirdiyi döyüş qabiliyyəti ilə Qafqaz bölgəsindəki sabitlik və təhlükəsizlik üçün əhəmiyyətli güc olduğunu sübut etdi: “Odur ki, övladlarımızla nə qədər qürur duysaq, azdır”.

Nazir bildirib ki, Türkiyə və Azərbaycan tarixi, mədəni və qardaşlıq bağları ilə bir-birinə bağlı olan iki dövlət, tək milətdir: “Tarix boyu sevinc və kədəri birlikdə yaşayan bu iki qardaş çətin zamanlarda bir-birinin yanında olub. Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq hər ötən gün inkişaf edir. Azərbaycanın gücü bizim, bizim gücümüz Azərbaycanın gücüdür. Bundan sonra da belə olacaq”.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Olimpiya mükafatçısı Azərbaycan Prezidenti və xalqından üzr istəyib

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

“Dünyanın sonu yaxınlaşır” - Qiyamətdən salamat çıxacaq o ölkəyə sığınmağa başladılar

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

"Qarabağ" "Dinamo Zaqreb"ə məğlub oldu: Çempionlar Liqasında mübarizəni dayandırdı - Yenilənib

Qəbiristanlıqda qətlə yetirilən Bəhmən "Qisas" əməliyyatında iştirak edibmiş

Pavel Durovun nələrdə ittiham olunduğu məlum olub

Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib - Yenilənib

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqeləri yenidən atəşə tutulub

Ən çox oxunanalar