Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putindən Avropaya qaz həmləsi – Dollardan imtina...

Rusiyada Avropaya qaz nəqli üçün ödənişlərin ən qısa zamanda rubla köçürülməsi barədə qərar qəbul edilib. 

Qaynarinfo RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

"Qərar qəbul etdim ki, ən qısa müddətdə dost olmayan ölkələrə tədarük olunan təbii qazımız üçün ödənişlərin köçürülməsi üçün tədbirlər kompleksini həyata keçirilsin”, - Putin hökumətlə görüşü zamanı deyib.

"Mən ən qısa müddətdə dost olmayan ölkələrə verilən təbii qazımıza görə Rusiya rublu ilə ödənişlərin köçürülməsi üçün tədbirlər kompleksini həyata keçirmək qərarına gəldim. Hələlik bundan başlayırıq”, - Putin hökumətlə görüşdə deyib. 

Bununla bağlı Rusiya prezidenti Mərkəzi Banka və hökumətə bir həftə ərzində Rusiya qazının alıcıları tərəfindən daxili bazarda rubl alışı üzrə əməliyyatların qaydasını müəyyən etməyi tapşırıb. Putin aydınlaşdırıb ki, Rusiya müqavilələrdə bağlanmış həcmlərə və qiymət prinsiplərinə uyğun olaraq qaz tədarük edəcək - yalnız ödəniş valyutası dəyişəcək:

"Bəzi həmkarlarımızdan fərqli olaraq, biz etibarlı tərəfdaş və təchizatçı kimi işgüzar nüfuzumuzu yüksək qiymətləndiririk. Dəyişikliklər yalnız Rusiya rubluna dəyişdiriləcək ödəniş valyutasına təsir edəcək", - o deyib.

"Mən hökumətdən "Qazprom"a mövcud müqavilələrə dəyişiklik edilməsi ilə bağlı müvafiq göstəriş verməsini xahiş edirəm. Eyni zamanda, bütün xarici istehlakçılara lazımi əməliyyatlar aparmaq imkanı verilməli və onlar üçün daxili valyuta bazarımızda rus rublunun alınması da daxil olmaqla, aydın, şəffaf ödəniş proseduru yaradılmalıdır.

Mən Rusiya Bankından və hökumətdən xahiş edirəm ki, bir həftə ərzində belə əməliyyatların aparılması prosedurunu müəyyən etsinlər”, - prezident göstəriş verib.

Putinin bəyanatı fonunda martın 23-də Moskva birjasında ticarət zamanı dolların dəyəri 100 rubldan aşağı düşüb.

Aprel ayında tədarük üçün qaz fyuçerslərinin qiymətləri Rusiya Federasiyasının "dost olmayan ölkələr" üçün qazın ödənişini rus rubluna köçürmək planları haqqında məlumat yayıldıqdan dərhal sonra 18,9% bahalaşıb.

Bu barədə ICE London Fond Birjasının məlumatında deyilir.

Beləliklə, Hollandiyadakı əsas Avropa TTF mərkəzi üzrə kotirovkalar sutkada 18,9% artaraq min kubmetr qaz üçün 1374,69 dollar təşkil edib. Eyni zamanda, elandan dərhal sonra qiymət 10% artıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Ən çox oxunanalar