Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin açıq şəkildə İŞİD-i “Crocus City Hall”dakı terror aktı ilə əlaqələndirməkdən imtina edir...

Putin, Bortnikov və rusiyalı təbliğatçılar açıq şəkildə İŞİD-i “Crocus City Hall”dakı terror aktı ilə əlaqələndirməkdən imtina edirlər. Bəs Rusiya kəşfiyyat xidmətləri həqiqətən nə düşünür?..

Çərşənbə axşamı Moskvada Crocus City Hall-da terror aktını təşkil etməkdə Ukraynanı açıq şəkildə ittiham edən FTX direktoru Aleksandr Bortnikov əslində İŞİD terror təşkilatının və “Vilayətİ Xorasan” qrupunun imkanlarından yaxşı xəbərdardır.

Poliqon Rusiyanın müxalif “Aqenstvo” nəşrinə istinadən xəbər verir ki, Amerika kəşfiyyatının məlumatına görə, Moskvada terror aktını məhz “Vilayətİ Xorasan” qruplaşması təşkil edib.

Nəşr qeyd edir ki, ötən ilin oktyabrında Bortnikov özü xəbərdarlıq edib. Bortnikov həmin vaxt bildirib ki, Əfqanıstanda yaradılmış “Vilayətİ Xorasan” silahlılarının sayı bu ölkədən kənarda hücumlar həyata keçirməyə imkan verəcək rəqəmə çatıb.

Ötən ilin oktyabrında Bakıda çıxış edən Bortnikov qeyd edib ki, “Vilayətİ Xorasan”ın (başqa adı ilə İŞİD-K) silahlılarının sayı bütün şimal sərhəd bölgəsi və Əfqanıstanın mərkəzində fəaliyyət göstərən qruplarla birlikdə 6,5 min nəfərə çatır.

“Yaxın gələcəkdə bu beynəlxalq terror təşkilatı Əfqanıstandan kənarda terror aktları həyata keçirməyə imkan verəcək potensiala nail ola bilər”, deyə Bortnikov vurğulayıb.

Nəşr yazır ki, bu il Bortnikovun qiymətləndirməsi təsdiqlənib. Martın 7-də FTX Kaluqa bölgəsində “Vilayətİ Xorasan” qruplaşmasının nümayəndələrinin öldürülməsi barədə məlumat verib. Təhlükəsizlik rəsmilərinin sözlərinə görə, terrorçular Moskvada sinaqoqu partlatmağa hazırlaşırmış.

Bundan əlavə, 2022-ci ilin sentyabrında qruplaşma Rusiyanın Kabildəki səfirliyi yaxınlığındakı bomba hücumuna görə məsuliyyəti öz üzərinə götürmüşdü. Həmin hücum zamanı səfirliyin iki əməkdaşı və daha dörd nəfər həlak olub.

Bloomberg Agentliyi vəziyyətlə tanış olan mənbəyə istinadən xəbər verib ki, Putin Rusiya təhlükəsizlik qüvvələrinin rəhbər heyəti ilə keçirdiyi toplantıda Moskvadakı terror aktının Kiyevlə heç bir əlaqəsi olmaması barədə məlumat alıb. Lakin Rusiya prezidenti faciədən istifadə edərək xalqı Ukraynadakı müharibənin arxasında toplamaqda qərarlıdır buna görə də terrprun arxasındakı qüvvənin Ukrayna kəşfiyyatı olması barədə məlumatların yayılmasında israrlıdır.

ABŞ kəşfiyyatının məlumatına görə, bu il qruplaşma təkcə Rusiyaya deyil, İran və Türkiyəyə də terrorçular göndərib, həmçinin ABŞ da daxil olmaqla, Qərb ölkələrinə qarşı hücumlar planlaşdırıb.

“İŞİD-K sürətlə inkişaf edir, bütün Orta Asiyada, o cümlədən keçmiş SSRİ respublikalarında hüceyrələr yaradır”. SITE Intelligence Group layihəsinin təsisçisi Rita Kats deyir ki, qrup tacik, özbək, fars və digər yerli dilləri bilənləri üzvlüyə cəlb etməkdə xüsusilə fəaldır.

Ötən il İŞİD-K tacik dilində təbliğat şəbəkəsi yaradıb. The Washington Post qəzeti yazır ki, tacik, özbək və rus dillərində bir çox Telegram kanalları “İslam Dövləti”nin təbliğatını aparır və Əfqanıstan, İran, Tacikistan və Özbəkistanda hücumlarda iştirak etmiş tacik silahlılarını tərifləyir.

ABŞ-ın antiterror rəsmiləri xəbərdarlıq edir ki, İŞİD-K daha çox hücum təşkil edə bilər.

Bsə Rusiya hakimiyyəti ictimaiyyət qarşısında nə deyir? Çərşənbə axşamı Bortnikov deyib ki, ilkin məlumatlar “Crocus City Hall”dakı terror aktının “Ukrayna izini” təsdiqləyir.

“Hər halda, hələlik bunun tam olaraq belə olduğunu söyləmək üçün bütün əsaslar var, çünki terrorçular özləri Ukrayna ərazisinə getmək niyyətində idilər. İlkin məlumata görə, onların orada qarşılanması gözlənilirdi”, deyə Bortnikov açıqlamasında bildirib. Bortnikovun sözlərinə görə, terror aktının arxasında üç ölkə dayanır. Bu ölkələr ABŞ, Böyük Britaniya və Ukraynadır. FTX direktoru Ukraynanın Yaxın Şərqdə silahlılara təlim keçdiyini də bildirib.

Bir gün əvvəl terror aktından sonra görülən tədbirlərlə bağlı görüşdə Putin ilk dəfə olaraq hücumun “radikal islamçıların əli ilə” törədildiyini təsdiqləsə də, dərhal onları İslam Dövlətindən ayırıb:

ABŞ, müxtəlif kanallar vasitəsilə öz əlaltılarını və dünyanın digər ölkələrini inandırmağa çalışır ki, onların kəşfiyyat məlumatlarına görə, Moskva terrorunda guya Kiyev izi yoxdur, qanlı terror aktını İslam dininin ardıcılları, üzvləri tərəfindən törədib”, deyə Putin vurğulayıb.

“Deməli belə. Terroru tərədən heç bir İŞİD deyil. Bunlar xoxollardır”, deyə Kremlin əsas təbliğat ruporlarından biri olan Marqarita Simonyan Putinin çıxışından sonra yazıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar