Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Pul vermişəm ki, bunun sifətinə baxım?” - Telman İsmayılov məşhur müğənnini restoranından qovdu

Tanınmış Azərbaycanlı iş adamı, bir müddət öncə müflis olan Telman İsmayılov vaxtilə sahib olduğu “Praqa” restoranında tanınmış ingilis müğənnisi və bəstəkarı Robbi Vilyamsı təhqir edərək səhnədən qovub...

Bunu jurnalist, aparıcı Otar Kuşanaşvili qatıldığı bir şou proqramında xatırladıb.

Kuşanaşvili deyib ki, T.İsmayılov Moskvada bizneslə məşğul olduğu vaxtlarda paytaxtda “Praqa” adında restoranı var idi. Kuşanaşviliyə həmin restoranda yeni il şənliyini aparmaq həvalə edilib.

O, yeni il şənliyinə dəvət edilən və qonarar kimi bir çamadan pul alan Robbi Vilyamsı İsmayılovun bəyənmədiyini, buna görə də səhnədən qovduğunu söyləyib:

“Mənə Telman İsmayılovun köməkçisi dedi ki, yeni il şənliyinə tanınmış bir artist dəvət olunub. Onun kim olduğunu bilmirdim. Köməkçi söylədi ki, artisti qarşılayandan sonra onu qrim otağına aparmalıyam və orada olan bir çamadan pulu artistə verməliyəm. Tapşırıldığı kimi artisti restoranın qarşısında qarşıladım. Avtomobildən düşən tanınmış ingilis müğənnisi Robbi Vilyams idi. Mən çox sevinirdim və həyacan keçirirdim ki, ömrümdə ilk dəfə belə bir insanı yaxından izləyəcəm. Robbi Vilyamsın ifasını Telman İsmayılov da izləyirdi. Amma Robbi iki musiqi ifa etdikdən sonra İsmayılov əsəbiləşdi”.

Otar xatırlayır ki, tanınmış müğənninin ifasını bəyənməyən İsmayılov onun haqqında təhqiramiz ifadələr işlətməyə başlayıb: “İsmayılov “mən buna pul vermişəm ki, bunun sifətinə baxım” deyərək əsəbiləşdi. Xidmət göstərənlər Robbinin məhşur şəxs olduğunu, onu çox insanın dinləmək istədiyini bildirsələr də, Telman İsmayılov ayağa qalxaraq əsəbi halda Robbini səhnədən qovdu”.(Sfera.az)

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Şamaxıda III Üzüm və Şərab Festivalına start verilib    

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Prokurorluq əməkdaşı ağır qəzasında həyayını itirib

Ən çox oxunanalar