Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prokuror 52 nəfəri aldadan “Lombard” sahibinə 10 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Zaur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. O, Zaur Məmmədovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmişlər cəzanın az olduğunu deyərək etirazlarını bildirib və vurğulayıblar ki, bu günə qədər heç kimin zərəri ödənilməyib. Zaur Məmmədovun vəkili deyib ki, müdafiə etdiyi şəxsin atası ilə danışıqlar aparır və pulu hissə-hissə ödəyə bilər. Zərərçəkmişlər isə buna inanmadıqlarını bildiriblər.

Zaur Məmmədovun vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Qeyd edək ki, Zaur Məmmədov Sumqayıtda “Lombard” işlədib. Zərərçəkmişlər lombarda qoyduqları qızllar qarşılığında nağd pul alıblar. Z.Məmmədov bir müddət sonra işlədiyi ofisi bağlayaraq yoxa çıxıb. İş üzrə 52 zərərçəkmiş var.

Z.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. (Report.)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Ən çox oxunanalar