Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Priqojin qiyam günü nələr planlaşdırırmış?

Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin keçmiş rəhbəri Yevgeni Priqojin qiyam təşkil etdiyi gün Dövlət Dumasında hərbi rəhbərliyi tənqid edərək çıxış etməyi planlaşdırıb...

Poliqon xəbər verir ki, bu barədə Rusiyanın “Moskva Times” nəşri mənbələrinə istinadən yazır.

Mənbələrin məlumatına görə, iyunun 23-də axşam “Ədalətli Rusiya - Vətənpərvərlər - Həqiqət naminə” partiyasının nümayəndələri Dövlət Dumasında çıxış edərək, hökuməti işğalçı orduya kifayət qədər dəstək vermədiyinə görə tənqid edəcəkmiş.

Priqojin bu görüşə Rusiya hərbi rəhbərliyini tənqid etmək üçün gəlmək istəyirmiş. Üstəlik, onu əhatə edənlər Sergey Surovikinin də onunla olması ehtimalını nəzərdən keçirirmiş.

“O, Şimal Hərbi Dairəsi, Müdafiə Nazirliyi ilə bağlı bütün qaranlıq məqamları, əslində əsgərlərimiz arasında nə qədər itki olduğunu dilə gətirəcəkdi”, deyə mənbə bildirib.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, hansısa məqamda “Vaqner” lideri Vladimir Putinlə birbaşa əlaqəni itirib, ona görə də bəyanatlarını ona çatdırmaq yollarını axtarırmış. Hələ yazda Priqojin Dövlət Dumasında çıxışı ilə “Putinin lütfünü qaytarmaq” istəsə də, ona rədd cavabı verilib.

“Priqojinə prestijli, gerbi olan rəsmi platforma lazım idi. İdeyaya görə, bu halda onun senzurasız bəyanatları mütləq yayımlanacaq və birbaşa Putinin masasına qoyulacaqdı”, deyə Dövlət Dumasının rəhbərliyinə yaxın şəxs bildirib.

İyunun 22-də böyük qalmaqala səbəb olan plana ciddi hazırlıq görülməsinə baxmayaraq, Priqojin heç bir izahat vermədən tədbirdə iştirakdan imtina edib.

Xatırladaq ki, bu yay muzdluların lideri Rusiya Müdafiə Nazirliyinin onların mövqelərini atəşə tutduğunu, bundan sonra “ədalət marşı” elan etdiyini açıqlamışdı. Onun qoşunları Moskvaya gedərkən heç bir müqavimət üzləşməyib və bir neçə hərbi obyekti ələ keçirib.

Rusiya paytaxtından 200 kilometr aralıda Priqojin qoşunları dayandıraraq geri qayıtmağı əmr edib. Bildirilib ki, bu, “Vaqner”çilərə təhlükəsizlik vəd edən Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqlardan sonra baş verib.

Avqustun 23-də, iğtişaşdan düz 2 ay sonra Priqojinin təyyarəsi Tver vilayətində qəzaya uğrayıb və Priqojin ölüb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar