Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentliyə namizəd Fuad Əliyev: “Minlərlə gənc evsizdir, kredit faizləri aşağı salınmalıdır”

Bu gün ölkədə ən ciddi problemlərdən biri gənclərin mənzil ala bilməməsidir...

Elə buna görə də xeyli sayda gənc hələ də ailə həyatı qura bilmir, kirayədə yaşayırlar. Bunun yeganə çıxış yolu kredit faizinin aşağı salınması, ipotekanın şərtlərinin sadələşdirilməsidir. Banklar kredit faizlərini aşağı salmalıdır.

Bu sözləri Tribunainfo.az-a prezidentliyə namizəd Fuad Əliyev bildirib. Onun sözlərinə görə bu gün Azərbaycanda minlərlə gənc özünə ev, mənzil ala bilmir, alanlar da 20-25 il kredit ödəmək məcburiyyətində qalırlar:

“Bu kreditin aylıq ödənişi də yüksəkdir, ilkin ödənişi də yüksəkdir və nəticədə 25 yaşlı bir gənc 25 il kredit ödəməklə 50 yaşına gəlib çatır. Bu da onun ömrünün artıq gözəl illərinin itirilməsi deməkdir və 25 il bir gənc ailə kredit ödəyərək əslində kirayədə yaşamış kimi özünü hiss edir.

Hesab edirəm ki, bu məsələlər qabardılmalıdır, bu problemlər artıq tez-tez gündəmə gətirilməlidir və Azərbaycan dövləti, Mərkəzi Bank, ölkədəki banklar bu istiqamətdə addımlar atmalı, müəyyən güzəştli kreditlər verməli, sosial ipotekanın şərtlərini daha da sadə və əlçatan etməlidirlər”.

Poliqon.info


Etiket: Fuad Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Ən çox oxunanalar