Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin tikdirdiyi məktəblərdə işlədilən fəhlələr pullarını ala bilmir - Şikayət

AstaraLerik rayonlarının bir qrup sakini üzləşdiyi özbaşınalıqla bağlı Prezident İlham Əliyevə müraciət edib.

AzToday.az xəbər verir ki, şikayətçilər dövlət başçısınınn sərəncamı əsasında tikilən 2 modul tipli məktəbin inşası prosesində işlədiklərini, amma pullarını ala bilmədiyini deyir.

Müraciəti təqdim edirik:

Möhtərəm Prezident!

Biz bu müraciəti sizə qöndərməkdə məqsədimiz, öz prezidentimizdən hüquqlarımızın müdafiəsini xahiş etməkdir.

Belə ki , PDL şirkəti tərəfindən MMC-Vüqar 1970 icraçı ilə Astara rayon Şəvqo və Lerik rayonun Loda kəndində modul tipli məktəb binası tikilmişdir.

İş icraçısı Vüqar Zeynalov ilə razılaşma əsasında bu məktəbin tikintisində iştirak etmişik. Kimimiz öz şəxsi maşınlarımızla yük daşımış, kimimiz yükü yüklənmiş, boşaltmış. Kimimiz isə usta və fəhlə işləmişik.

Məktəb tikintisi Şəbqoda 2019-cu ildə, Loda kəndində isə 2020 -cı ildə başlamışdır. Hər iki məktəb çoxdandır ki, təhvil verilib. Bir ildən artıq vaxt keçməsinə baxmayaraq, əmək haqqınızı ala bilmirik. Zeynalov Vüqar iddia edir ki, pulu sifarişçi şirkət ödəmir. Biz isə əldə qalmışıq. Cənab Prezident xahiş edirik ki , hüquqlarımızın müdafiəsi ilə bağlı göstəriş verəsiz.

1). Hüseynov Sahil
2) Babazadə Lakin
3) Mehbalıyev Rakif
4) Ağayev Arif
5) Şahmuradov Kamil
6) Əliyev Etibar
7) Babayev Şahin
8) Nəcəfov Ceyhun.
9) Şahbaz Nemət

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar