Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin köməkçisi: “Heydər Əliyev geosiyasi proseslərdə mühüm rol oynayıb”

“Ümummilli Lider Heydər Əliyev regionda gedən geosiyasi proseslərdə mühüm rol oynayıb”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman Azərbaycan iqtisadiyyatı dərin tənəzzül içində idi və Prezident onun sabitliyinin təmin olunmasına çox böyük töhfələr verdi.

"Heydər Əliyev problemi həll etmək üçün əsas diqqəti neft sənayesinə yönəltmək qərarına gəldi. Özündə bir neçə istiqaməti birləşdirən milli neft strategiyası da həmin vaxt qəbul edildi. Bura ilk növbədə sənayeyə investisiyaların bərpasına nail olmaq və beynəlxalq şirkətləri Azərbaycana dəvət etmək daxil idi”.

Ş.Mövsümovun sözlərinə görə, ikinci mühüm istiqamət Azərbaycanın neft ehtiyatlarını beynəlxalq bazara çıxarmaq idi.

Prezident Heydər Əliyev onu da bilirdi ki, böyük neft gəlirləri qeyri-sabitliyə səbəb ola bilər və buna görə də Neft Fondunun yaradılması ilə bağlı çox müdrik qərar qəbul etdi”, - o əlavə edib.

Prezidentin köməkçisi qeyd edib ki, milli inkişaf üçün yeni hədəflər və prioritetlər müəyyən edən Prezident İlham Əliyev atasının siyasətini davam etdirir.

"Hazırda Azərbaycanın 5 əsas prioritetini dayanıqlı iqtisadi artım, sosial ədalət cəmiyyəti, insan kapitalının inkişafı, işğaldan azad edilmiş ərazilərə Böyük qayıdış və dayanıqlı "yaşıl texnologiya"lar təşkil edir". (Report)

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar