Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentdən BMT-də islahatlar barədə təkliflər... - Bu təkliflər reallaşa bilər?

Dünən yerli mətbuata müsahibə verən prezidenti İlham Əliyev BMT-də islahatlar barədə təkliflər verib...

Politoloq: “Azərbaycan prezidentinin BMT-də islahatlar aparılması barədə verdiyi təkliflər vacib təkliflər idi”.

“Düşünürəm ki, prezident İlham Əliyevin BMT-də islahatlar barədə təklifləri əsaslandırılmış təkliflərdir”.

Bu sözləri politoloq İlqar Vəlizadə prezidenti İlham Əliyevin BMT-də islahatlar barədə açıqladığı təklifləri PİA.az-a şərh edərkən qeyd edib.

Dünən yerli mətbuata müsahibə verən Azərbaycan prezidenti İlham Əliyev BMT-də islahatlar barədə təkliflər verib. Prezident bildirib ki, BMT-nin Təhlükəsizlik Şurasında islahatlar aparılmalı və daimi üzvlər dəyişdirilməlidir. Azərbrcan prezidenti hesab edir ki, İslam Konfransı ölkələri və Qoşulmama Hərəkatı BMT-nin Təhlükəsizlik Şurasına daimi üzv olmalı və bu beynəlxalq təşkilatların TŞ-də təmsilçiləri rotasiya ilə dəyişməlidir.

Qeyd edək ki, son illər BMT-nin Təhlükəsizlik Şurasında islahatların aparılması uzun müddətdir ki, gündəmdədir. Daimi üzvlərin öz maraqlarına uyğun şəkildə veto hüquqndan istifadə etmələri BMT-nin Təhlükəsizlik Şurasının fəaliyyətini demək olar ki, iflic vəziyyətinə gətirib.

Qeyd edək ki, dünyadakı bütün qarşıdurmaları yaradan, arxasında duran və idarə edən də məhz BMT-nin Təhlükəsizlik Şurasınının daimi üzvləridir. Bu üzdən Azərbaycan prezidentinin dünən verdiyi təkliflər çox aktual və dəyərlidir. Məsələnin bütün dünyada sülhün və ədalətin bərpa olunması üçün əhəmiyyətli olduğunu nəzərə alarsaq, deyə bilərik ki, İlham Əliyevin bu təklifləri həm də günün çağırışıdır və bu təkliflərin beynəlxalq miqyasda müzakirəyə çıxarılmasına ehtiyac var.

Mövzunu PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “Prezident İlham Əliyevin təklifləri digər təkliflərlə yanaşı BMT islahatlar paketinə daxil edilə bilər”.

Prezidentin BMT təkliflərinin sadəcə olaraq bəyanat kimi qalmamalı olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamsında qeyd edib ki, bu təkliflərin bir çox ölkələr tərəfindən dəstək alması mümkündür və bu təkliflər əslində siyasi bəyanat olmalıdır:

“Dünyada bir çox liderlər, o cümlədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə BMT-də islahatlarla bağlı təşəbbüsləri irəli sürüb. Ərdoğanın sürdüyü təkliflərdə maraqlı məqamlar var. Türkiyə prezidentinin sürdüyü təkliflər bir çox ölkə başçıları tərəfindən də dəstəklənib. Həmçinin Azərbaycan prezidenti də Ərdoğanın BMT-də verdiyi təklifi dəstəkləyib.

Dünən Azərbaycan prezidentinin BMT-də islahatlar aparılması barədə verdiyi təkliflər də vacib təkliflər idi. İlham Əliyev bu təkliflərdə tək Azərbaycanın maraqlarını deyil, eyni zamanda Qoşulmama Hərəkatının üzvlərinin və ümumiyyətlə Qoşulmama Hərəkatının maraqlarını nəzərə alıb. Digər tərəfdən Prezident İslam ölkələrinin maraqlarını nəzər alıb. İlham Əliyev tərəfindən təklif edilən daimi üzvlərin arasında İslam ölkələrinin də nümayəndələrinin olması məsələsi gündəmə gəlib.

İlqar Vəlizadə: “Prezidentin BMT təkliflərinin beynəlxalq dəstəyi böyük miqyasda ola bilər”.

Düşünürəm ki, prezident İlham Əliyevin BMT-də islahatlar barədə təklifləri əsaslandırılmış təkliflərdir. Bildiyimiz kimi dünyada 56 İslam ölkəsi var. Eyni zamanda 20 İslam ölkəsi Qoşulmama Hərəkatının üzvləridir. Prezident onların da maraqlarını nəzərə alır. Hesab edirəm ki, prezident İlham Əliyevin təklifləri digər təkliflərlə yanaşı BMT islahatlar paketinə daxil edilə bilər.

Hesab edirəm ki, Prezidentin BMT təkliflərinin beynəlxalq dəstəyi böyük miqyasda ola bilər. Buna görə də bu istiqamətdə işlər aparılmalıdır. Prezidentin BMT təklifləri sadəcə olaraq bəyanat yox, bir çox ölkələr tərəfindən dəstəklənən siyasi bəyanat olmalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket: Prezident BMT


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar