Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi ilə tanış olub - Yenilənib


Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 11-də “Baku Expo” Mərkəzində I Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi - “ADEX 2014” ilə tanış olub


APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, sərgidə dünyanın 34 ölkəsindən 200 şirkət və rəsmi nümayəndə heyəti iştirak edir.
 
Burada Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya Respublikası, Polşa, İsrail və Ukraynanın milli qrupları öz ekspozisiyalarını nümayiş etdirir. “ADEX 2014”-də Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin 168 adda müdafiə təyinatlı məmulatı sərgilənir.
 
Qeyd edilib ki, sərgidə sənaye müəssisələrinin əldə etdikləri ən yeni nailiyyətlər, quru qoşunları və hərbi-dəniz qüvvələrinin silah və texnikaları, aviasiya və aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı vasitələr, informasiya texnologiyaları, rabitə sistemləri, ordunun inzibati və texniki təminatı, kosmik texnologiyalar istiqamətləri üzrə məhsullar nümayiş olunur.
 
Prezident İ. Əliyev sərginin pavilyonları ilə tanış olub.
 
Bu gün Azərbaycan prezidenti İlham Əliyev “Baku Expo” Mərkəzində keçirilən I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin (ADEX-2014) açılışında iştirak edib.
 
APA-nın məlumatına görə, dövlət başçısı müxtəlif şirkətlərin məhsullarının nümayiş olunduğu stendlərə baş çəkib.
 
Qeyd edək ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin rəsmi təşəbbüsü və dəstəyi ilə keçirilən sərgidə dünyanın 34 ölkəsindən 200 şirkət, o cümlədən 19 ölkədən 22 rəsmi nümayəndə heyəti iştirak edir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Qızıla yatırım etmək riskli hesab edilir - Video

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Ən çox oxunanalar