Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident: “Biz bütün keçmiş məcburi köçkünlərin qayıdışı üçün əlimizdən gələni edirik”

Vətən çəkir və hamımız qayıdacağıq...

“Biz bütün keçmiş məcburi köçkünlərin qayıdışı üçün əlimizdən gələni edirik”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib.

“Bu gün bizim rəsmi tədbirimiz Cəbrayıl şəhərində keçirildi. Əslində Cəbrayıl şəhəri yoxdur. Burada oturduğumuz yerdə binalar olub, insanlar yaşayıb, həyat qaynayıb. Amma işğal dövründə ermənilər bizim bütün şəhərlərimizi, kəndlərimizi yerləbir etmişlər”, - Prezident əlavə edib.

Cəbrayıl şəhərindən bu dağılmış binalar qaldı və bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir. Görün onlarda Azərbaycan xalqına qarşı nə qədər nifrət var idi ki, bütün binaları yerlə-yeksan etdilər. Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar. Qayıtmağa yer olmasın. Ancaq biz qayıtmışıq, qan tökərək qayıtmışıq, savaşaraq, döyüşərək qayıtmışıq və bu gün artıq həyat bu bölgəyə qayıdıb, biz bunu Ağalı kəndinin timsalında görürük”, - deyə dövlət başçısı qeyd edib.

Dünən Ağalı kəndinə, oradakı məktəbə getdiyini bildirən Azərbaycan Prezidenti deyib ki, məktəbdə oxuyan 70 uşağın heç biri buranı görməyib:

“Hətta onların valideynlərinin də bir çoxu işğal dövründə doğulub, bir çoxları işğal baş verəndə özləri uşaq idi. Amma onlar qayıdıblar. Çünki torpaq çəkir, Vətən çəkir və hamımız qayıdacağıq. Bütün keçmiş məcburi köçkünlər qayıdacaq və biz onların qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq və bu quruculuq-bərpa işlərində türkiyəli qardaşlarımız bizimlə bir yerdədir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Təyyarə və helikopter qəzasında ölən dünya liderləri - Siyahı

Ən çox oxunanalar