Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Zalujnının istefası narazılığa səbəb olacaq, amma hərbi çevriliş olmayacaq

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının istefaya göndərilməsu bir çox hərbçilərin qəzəbinə səbəb ola biləcək addımdır...

Poliqon xəbər verir ki, bu barədə The Times nəşri yazıb.

Nəşr Ukrayna prezidenti Volodimir Zelenskinin Zalujnının qovulacağına, lakin bütövlükdə Ukraynanın qələbəyə yönəlmiş yeni komandaya ehtiyacı olduğuna işarə edərək, bu yaxınlarda verdiyi bəyanatı xatırladır:

"Mən sıfırlama, əvəzetmə haqqında danışıram, bir nəfəri deyil, ölkə rəhbərliyinin istiqamətini maraqlandıran ciddi bir şeyi nəzərdə tuturam".

The Times qeyd edir ki, Zelenski ilə Zalujnı arasındakı fikir ayrılığı noyabr ayında generalın The Economist nəşrinə müharibənin dalana dirəndiyini deməsi ilə aydın olub. Zelenskinin yarım milyon insanı səfərbər etmək istəyinə görə Zalujnı ilə də ziddiyyət təşkil etdiyi güman edilir.

Politoloq Vladimir Fesenko deyir ki, Zalujnının istefası Ukrayna əsgərləri və mülki şəxsləri arasında son dərəcə qeyri-populyar olacaq, lakin heç bir hərbi çevriliş olmayacaq.

"Ukrayna hərbçiləri kifayət qədər intizamlıdır və başa düşürlər ki, müharibə dövründə iğtişaşlar hərbi məğlubiyyətə səbəb ola bilər. Bundan əlavə, bütün hərbi liderlər Zalujnı dəstəkləmir. Amma həm orduda, həm də cəmiyyətdə güclü narazılıq olacaq", deyə politoloq bildirib.

Nəşr onu da qeyd edib ki, Zalujninin işdən çıxarılması onu prezidentliyə namizəd edə bilər:

"Zalujninin siyasi ambisiyaları olduğuna dair heç bir əlamət göstərməsə də, Zelenskinin tənqidçiləri onu prezidentin mümkün əvəzləyicisi kimi görürlər".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Ərdoğan Ersin Tatarın Şuşada Zirvə görüşünə qatılmasından danışdı

Ən çox oxunanalar