Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Nikol Paşinyan yenə də ikili oyun oynayır...

Ermənistan rəsmiləri Lavrovun Ermənistanı yıxıb sürüməsinə reaksiya vermədi...

Məhəmməd Əsədullazadə: “Ermənistanla Rusiya arasında siyasi münasibətlər kəskinləşsə də, görünür Lavrovun hücum xarakterli bu mesajlarına Ermənistan rəhbərliyi sakit qalmaqla münasibətləri daha da gərginləşdirməmək xətti götürdü”.

“Paşinyan Rusiyaya cavab verməməklə Moskvaya arxalanıb Azərbaycana qarşı sülh prosesində yeni şərtlər irəli sürmək istəyir”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Ermənistanın Lavrovun hücumuna sakit qalma səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

Bir neçə gün öncə Lavrov Moskvada keçirdiyi geniş mətbuat konfransında Ermənistan hakimiyyətini yıxıb sürümüşdü. Buna baxmayaraq başda Baş nazir Nikol Paşinyan olmaqla Ermənistan rəsmiləri Rusiyanın xarici işlər naziri Sergey Lavrova cavab verməyə tələsmirlər.

Bəs, Ermənistanın bu səssizliyi hakimiyyət təmsilçilərinin Kremlin üzərinə çox getməyin təhlükələrini anladıqları üçündür?

Rusiya-Ermənistan münasibətlərinin indiki vəziyyətini Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazdə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Əgər Nikol Paşinyan Qərb siyasətini inkişaf etdirəcəksə, növbəti mərhələdə Ermənistandan Rusiya bazalarının çıxarılmasını tələb edəəcksə, Rusiya-Ermənistan münasibətləri kəskinləşəcək”.

Əgər Ermənistanda Konstitutsiya dəyişəcəksə, bunun Rusiya üçün Ermənistanın itirilməməsi demək olduğunu dünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Nikol Paşinyan hakimiyyətdə qaldıqca Rusiya-Ermənistan münasibətləri inkişaf etməyəcək, münasibətlər soyuq olaraq qalacaq:

Ermənistanla Rusiya arasında siyasi münasibətlər kəskinləşsə də, görünür Lavrovun hücum xarakteri bu mesajlarına Ermənistan rəhbərliyi sakit qalmaqla münasibətləri daha da gərginləşdirməmək xətti götürdü. Ardınca da, Rusiya Ermənistana hərbi silahlar göndərdi. Buna baxmayaraq Nikol Paşinyan Fransa, Qərb, xüsusilə ABŞ-la münasibətləri inkişaf etdirir. Onun qərbyönümlü siyasi anti-Rusiya siyasətinə qarşı yönəlib.

İndi Rusiya çalışır ki, Ermənistana hərbi dəstək verməklə balansı qoruyub saxlasın. Görünür Paşinyan tapşırıq verib ki, Rusiyadan Ermənistana silah idxalı məsələsində ölkə rəsmiləri Moskvaya açıq mesajlar verməsinlər. Ümumiyyətlə, Rusiya Ermənistanda baş verən proseslərdən ciddi şəkildə narahatdır. Moskva Qərbin Ermənistanda apardığı siyasəti qəbul etmir. Amma Rusiyanın Cənubi Qafqazda bu cür möhkəmlənməsi region üçün təhlükəlidir. Xüsusilə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasını Rusiya əngəlləyir.

Məhəmməd Əsədullazadə: “Rusiya Ermənistanda baş verən proseslərdən ciddi şəkildə narahatdır”.

Düşünürəm ki, Nikol Paşinyan yenə də ikili oyun oynayır. O bir tərəfdən Rusiyaya cavab verməməklə Moskvaya arxalanıb Azərbaycana qarşı sülh prosesində yeni şərtlər irəli sürmək istəyir. Eyni zamanda MDB-nin Sankt-Peterburqda keçirilən yekun konfransından sonra Ermənistandan Rusiyaya qarşı kəskin siyasəti, açıqlamaları görmürük. Əgər Nikol Paşinyan Qərb siyasətini inkişaf etdirəcəksə, növbəti mərhələdə Ermənistandan Rusiya bazalarının çıxarılmasını tələb edəəcksə, Rusiya-Ermənistan münasibətləri kəskinləşəcək.

Qeyd edim ki, Ermənistanda Konstitutsiya dəyişikliyinin edilməsi nəzərdə tutulur. Ümumiyyətlə, Ermənistandakı siyasət, konstitutsiya birbaşa Rusiyanın regiondakı maraqlarına xidmət edir. Əgər Ermənistanda Konstitutsiya dəyişəcəksə, bu Rusiya üçün Ermənistanın itirilməməsi deməkdir. Hesab edirəm ki, nə qədər Nikol Paşinyan hakimiyyətdədir Rusiya-Ermənistan münasibətləri inkişaf etməyəcək, münasibətlər soyuq olaraq qalacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

PUA-lar müharibə qaydalarını dəyişir: Təhlükəsiz səngərlər ölüm tələlərinə çevrilir...

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

Relsin üzərində uzandı, qatar üstündən keçdi

Ən çox oxunanalar