Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polad Həşimovun bacısı medalın hansı şəraitdə verilməsindən danışdı: “Bilmirdik…”

Xəbər veriyimiz kimi, bir müddət öncə İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri və dini lider Seyid Əli Xamneyinin Bakıdakı rəsmi nümayəndəsi Əli Əkbər Ocaqnejad general Polad Həşimovun ailəsini ziyarət edib.

Səfir general Qasım Süleymani adına olan lövhə və medalı şəhid Polad Həşimovun xanımına və övladlarına təqdim edib.

Bu hadisə generalın anası və bacısı tərəfindən normal qarşılanmayıb, medalın geri qaytarılması tələb olunur.

Medalın geri qaytarılma səbəbi ilə bağlı general Polad Həşimovun bacısı Arzu xanım Sfera.az-a danışıb. Şəhidin bacısı medalın təqdimatının ikitirəliliyə yol açdığını deyərək, qardaşının adının siyasi məsələlərdə hallandırılmasını əleyhinə olduğunu bildirib:

“Medal Bakıda uşaqlara, Polad Həşimovun xanımına təqdim olunub. Medalın veriləcəyini əvvəlcədən bilmirdik. Biz qəti şəkildə tələb edirik ki, medal geri qaytarılsın. Ümid edirəm hansısa tədbir görüləcək. Medalın verilməsi ölkədə ikitirəlik yaradıb. Mən qardaşımın adının siyasi məsələlərdə hallanmasını istəmirəm.

O, sadəcə torpağı üçün vətəni üçün vuruşan qəhrəman olub. Polad Həşimov dövlətinə sədaqətlə qulluq edən insan olub. Onun İran tərəfindən hansısa medalın təqdim olunmasına qarşıyıq. Medal alınanda bizə deyilməmişdi. Medaldan imtina qərarımızı qardaşımın ailəsi mətbuat vasitəsi ilə yəqin ki, görüb. Anam da bu mövzuda mənimlə eyni fikirdədir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Təyyarə və helikopter qəzasında ölən dünya liderləri - Siyahı

İbrahim Rəisinin ölümü Xameneyinin oğlunun mövqelərini gücləndirib

Ən çox oxunanalar