Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Planet Parni iz Baku”ya niyə qadağa qoyulub?

Bir neçə gün öncə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdülər

Görüş bir çox məqamlarla yadda qalıb. Belə məqamlardan biri də ölkə başçısı ilə "Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanov arasında söhbətdir.

Tahir İmanov Prezidentə bütün televiziyalar tərəfindən "Planet Parni iz Baku” KVN teatrının əməkdaşlarına efir qadağası qoyulduğunu bildirib. Prezident isə bu məsələdən xəbərsiz olduğunu bildirib və deyib ki, heç kim onlara dövlət səviyyəsində qadağa qoya bilməz, məsələ həllini tapmalıdır. Ölkə başçısı özəl telekanalları da tövsiyə edib ki, belə qadağalardan çəkinsinlər.

Maraqlıdır, hansı TV-lər "Planet Parni iz Baku” KVN teatrının əməkdaşlarına efir qadağası qoyub? Və niyə?

Modern.az məsələ ilə bağlı bir neçə özəl telekanalla əlaqə saxlamağa çalışıb.

"Speys” TV-nin icraçı direktoru Kamil Şahverdiyev bildirib ki, onlar heç kimə qadağa qoymayıblar:

""Planet Parni iz Baku”in tamaşaları uzun müddət "Space” TV-də yayımlanıb, heç bir qadağa olmayıb. Onlar bizdən çıxıb başqa kanallara getdilər, ondan sonra heç bir danışığımız olmayıb. Burada bizdən qaynaqlanan bir problem yoxdur. Yenidən bizə müraciət etsələr baxmaq olar”.

ARB TV-nin mətbuat katibi Ozal İbrahimli bildirib ki, təmsil etdiyi telekanalda Tahir və Cabir İmanov qardaşlarına nə bu gün hansısa qadağa var, nədəki dünən olub:

"Onlardan bizə heç bir müraciət daxil olmayıb. Yaradıcı proses belədir ki, verilişlərin qonaqları mövzulara uyğun seçilir. Mövzu uyğunluğu olarsa, niyə də kanalımıza dəvət olunmasınlar? Ümumiyyətlə, kanalımızda "qara siyahı” anlayışı yoxdur”.

"Xəzər” TV, ATV və "Lider” TV-yə gün ərzində dəfələrlə zəng etsək də, telefona cavab verən işçilər sualımızı eşidən kimi cavab verməkdən yayındılar, əməkdaşlar bizi bir-birlərinin üstünə yönləndirdilər və sonda da telefonları qapatdılar. (axar.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Ən çox oxunanalar