Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pezident yeni komissiya yaratdı, PA-nın şöbə müdiri sədr oldu

Yeni kitabxana sistemi yaradılacaq

Prezident İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.

Fərmanın imzalanmasında məqsəd Mədəniyyət Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirməkdir.

Fərmana əsasən Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilir.

Nazirliyin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün aşağıdakı tərkibdə Komissiya yaradılır:

Komissiyanın sədri

Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri

Komissiya sədrinin müavini

Mədəniyyət naziri

Komissiyanın üzvləri

Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini

Maliyyə nazirinin müavini

Təhsil nazirinin müavini

Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi.

Fərmanda yeni yaradılan komissiyaya, eləcə də Nazirlər Kabinetinə, Maliyyə, Təhsil, Mədəniyyət, Ədliyyə nazirliklərinə, Başı Şəhər İcra Hakimiyyətinə müvafiq tapşırıqlar verilib.

pia.az


Etiket: kitabxana fərman


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

İçkili vəziyyətdə maşın sürən namizəd: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışmasında çempion olub - Video

Zelenski Kursk əməliyyatından danışdı: “Bizə yad torpaqlar və insanlar lazım deyil”

İmişlinin 23 yaşayış məntəqəsində qaz olmayacaq

Ən çox oxunanalar