Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın tapşırığı: Ermənistan payıza qədər Aİ-yə üzvlük üçün müraciət etməlidir...

Paşinyan silahdaşlarına bildirib ki, payıza qədər Avropa İttifaqına daxil olmaq üçün ərizə verməlidirlər...

Ermənistanın Baş nazir hakimiyyət fraksiyasının deputatları ilə görüşündə Aropa İttifaqına üzvlük məsələsi müzakirə olunub.

Poliqon xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Nəşr parlamentdəki son müzakirənin təfərrüatlarından xəbərdar olub.

Qəzet iddia edir ki, Baş nazir Nikol Paşinyan “Mülki müqavilə” fraksiyası ilə qapalı iclasda bildirib ki, Ermənistan bu ilin payızından gec olmayaraq Aİ-yə üzv olmaq üçün müraciət etməlidir.

Nəşrin yazdığına görə, Baş nazir tərəfdaşlarına açıq şəkildə bildirib ki, Qərb Ermənistandan Rusiyadan uzaqlaşmaq və onu regiondan sıxışdırmaq üçün əməli addımlar tələb edir. Bu vəziyyətdə Ermənistanın bu tələbləri yerinə yetirməkdən başqa yolu yoxdur, çünki “Rusiya çoxdan İrəvandan üz döndərib”.

Qəzet yazır ki, buna baxmayaraq, Paşinyanın komandasının əhəmiyyətli hissəsi Aİ-yə daxil olmaq tələskənliyinə qarşıdır. Komanda üzvləri Baş nazirin dövlətin xarici siyasətini dəyişdirmək üçün xalqdan etimad səsverməsi tələb edərək konstitusiya referendumu keçirmək istədiyindən şübhələnirlər.

Xüsusən də biznesmen deputatlar Xaçatur Sukiasyan və Qurgen Arsenyan Rusiyaya qarşı radikal tədbirlərin əleyhinə çıxış ediblər.

Sonuncu çıxışında bildirib ki, Ermənistan iqtisadiyyatı tamamilə Rusiya bazarı ilə bağlıdır və hətta Lars keçid məntəqəsinin müvəqqəti bağlanması Ermənistan iqtisadiyyatını iflic vəziyyətinə sala bilər. Bəzi deputatlar qeyd ediblər ki, Ermənistan artıq bu və ya digər şəkildə Aİ-yə doğru irəliləyir, KTMT ilə münasibətləri dondurur və BCM-nin Roma Statutuna qoşulub.

Qəzetin yazdığına görə,, bəzi silahdaşları Paşinyana bildiriblər ki, bu şəraitdə Rusiyanı bir daha qıcıqlandırmağın mənası yoxdur, xüsusən də bir neçə aydan sonra fərqli geosiyasi vəziyyət yarana, Rusiya fərqli mövqe tuta, Ermənistan-Rusiya dostluq münasibətləri bərpa oluna bilər. Bu versiyanın tərəfdarları hesab edirlər ki, Ermənistan manevr imkanlarını saxlamalıdır.

Lakin Paşinyan payıza qədər vaxtlarının olduğunu deyərək təkidlə prosesin davam etdirilməsini istəyib. Mümkün təhdidlərə bağlı isə, Baş nazirin izahatı belə olub:

“Nə oliur-olsun, Rusiyadan heç bir ümid və ya gözlənti yoxdur və Qərb isə bizə ən azı müəyyən qədər təhlükəsizlik zəmanəti verə bilər”.

Nəşr yazır ki, yaxın vaxtlarda deputatlar vəziyyəti XİN rəhbəri, Təhlükəsizlik Şurasının katibi və hökumətdəki digər səlahiyyətli şəxslərlə ayrıca müzakirə edə bilərlər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar