Cümə axşamı, 20 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın Minsk Qrupunun ləğvinə razı olacağı gözləniləndir?

Ermənistanın baş nazirinin Minsk Qrupunun ləğvi ilə bağlı mövqeyi bəlli deyil...

Politoloq: “Ermənistanın baş nazir Nikol Paşinyanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibliyi barədə mövqeyi bəllidir. O da hesab edir ki, əsas qanunda qonşu dövlətlərə ərazi iddialarını əks etdirən bəndlər olmamalıdır”.

İlham Əliyev Nikol Paşinyana iki dövlətin Minsk Qrupnun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciətini təklif edib”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanın baş nazirinin ATƏT-in Minsk Qrupu mövqeyini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə Ermənistanla açıq qalan iki əsas məsələni xatırladıb. Birinci məsələ Azərbaycana ərazi iddiasını ehtiva edən Ermənistan Konstitusiyasıdır, ikinci məsələ ATƏT-in Minsk Qrupunu de-yure mövcudluğunun davam etdirilməsidir. Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibliyi barədə baş nazir Nikol Paşinyanın mövqeyi bəllidir. Ancaq Nikol Paşinyanın Minsk Qrupunun ləğvi ilə bağlı mövqeyi bəlli deyil. Paşinyanın bu məsələyə razı olacağı gözləniləndir?

Mövzunu Poliqon-un əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıbsa, Minsk Qrupundan imtinası ona problem yaratmayacaq”.

Rusiya, ABŞ, hətta Fransanın “Minsk Qrupu fəaliyyətini davam etdirməlidir” iddiasının olmadığını vurğulayan politoloq Poliqon-a bildirib ki, bu amil də Paşinyanın Minsk Qrupunu ləğvi ilə bağlı qərar verməsini asanlaşdırır:

Ermənistanın baş nazir Nikol Paşinyanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibliyi barədə mövqeyi bəllidir. O da hesab edir ki, əsas qanunda qonşu dövlətlərə ərazi iddialarını əks etdirən bəndlər olmamalıdır.

Bildiyimiz kimi, İlham Əliyev Nikol Paşinyana iki dövlətin Minsk Qrupnun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciətini təklif edib. “Biz Minsk Qrupunun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik” deyən İlham Əliyev Ermənistanın Minsk qrupunun saxlanmasına üstünlük verməsini qonşu dövlətin Azərbaycana qarşı ərazi iddialarının davamı kimi qiymətləndirib.

Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıbsa, Minsk Qrupundan imtinası ona problem yaratmayacaq. Radikal müxalifətin bir az çığırıb-bağırması heç nəyi dəyişməyəcək. Digər tərəfdən, Rusiya, ABŞ, hətta Fransanın “Minsk Qrupu fəaliyyətini davam etdirməlidir” iddiası yoxdur. Bu amil də Paşinyanın Minsk Qrupunu ləğvi ilə bağlı qərar verməsini asanlaşdırır”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur turizm saytından Azərbaycana qarşı təxribat – Dövlət Turizm Agentliyi hara baxır...

Moskvanı Ruben Vardanyanın taleyi maraqlandırmır

Nazir Kəmaləddin Heydərovun rəhbərlik etdiyi FHN-in nümayəndə heyəti Belarusda səfərdədir - Foto, Video

Bakının bir neçə küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Aİ-nin iqlim fəaliyyəti üzrə komissarı COP29-a hazırlıqla əlaqədar Azərbaycana səfər edəcək

Rəsmi Bakıdan Ermənistan XİN-ə cavab: Sülhpərvər ölkə imici yaratmaq siyasi manipulyasiyadır

Vladimir Putin Vyetnamın paytaxtı Hanoya səfər edib

Şimali Koreyada Lavrovun zaldan qovulmasının səbəbi açıqlanıb

“Hizbullah” lideri müharibə zamanı İsrailin təhlükəsiz bölgəsinin olmayacağını deyib

AVRO-2024: Almaniya turnirdə ikinci qələbəsini qazanıb

“Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyi Qurban bayramı münasibətilə “İlahiibadət”adlı tədbir keçirib - Foto

Ən çox oxunanalar