Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi praktiki olaraq dondurulub

Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlər çox çətin dövr yaşayır...

Poliqon xəbər veruir ki, bunu Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinski deyib.

Buna səbəb "xarici agentlər haqqında" qanun adlanan layihədir. Xarici Təsirdə Şəffaflıq Aktı xaricdən maliyyələşən qeyri-hökumət təşkilatları və mediadan Xarici Maraqlı Təşkilatların Reyestrində qeydiyyatdan keçməyi və maliyyə bəyannaməsini doldurmağı tələb edir. Qanunun bütün baxılması və qəbulu prosesi Tiflisdə kütləvi etiraz aksiyaları ilə müşayiət olunub.

"Təəssüflə demək istəyirəm ki, Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlər çox çətin bir dövr yaşayır", deyə Qerçinski jurnalistlərə bildirib.

Avropa İttifaqının Gürcüstana qarşı hansı tədbirləri görəcəyi gələn həftə məlum olacaq. İyunun 24-də məsələyə Aİ xarici işlər nazirləri səviyyəsində, iyunun 27-də isə Avropa Şurası səviyyəsində baxılacaq.

"Prezidentlər və baş nazirlər Gürcüstanda baş verən hadisələrə cavab olaraq hansı tədbirləri görəcəklərini nəzərdən keçirəcəklər və qərar verəcəklər. Bu qanunun qəbulu Gürcüstanın Avropaya inteqrasiyası perspektivlərinə şübhəsiz mənfi təsir göstərib. "Biz artıq bir neçə liderdən bu qanundan istifadə olunarsa, Gürcüstanla üzvlük danışıqlarının başlanmasının əleyhinə olacaqlarını eşitmişik", deyə səfir qeyd edib.

Qerçinski Avropa İttifaqında hansı fəaliyyət variantlarının nəzərdən keçirildiyini açıqlamayıb:

"Mənim liderlərim, o cümlədən Avropa Komissiyasının sədri, eləcə də Ali Komissar tərəfindən yüksək səslə və aydın şəkildə dedilər ki, biz müxtəlif variantlar hazırlamışıq, Aİ-yə üzv dövlətləri bu siyahı ilə tanış etmişik. Onlar hansı variantları həyata keçirəcəklərinə qərar verəcəklər".

O vurğulayıb ki, Gürcüstanın Aİ yolunda geriləməsi Ukrayna və Moldovanın tərəqqisi fonunda baş verir.

"Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesinin praktiki olaraq dayandığını, dondurulduğunu və eyni zamanda Ukrayna və Moldova ilə birlikdə irəliləmədiyini görmək çox kədərlidir", deyə Qerçinski yekunlaşdırıb.

"Xarici təsirin şəffaflığı haqqında" qanuna əsasən, qeyri-hökumət təşkilatları və KİV-lərin illik gəlirlərinin 20%-dən çoxu xaricdən maliyyələşdiyi təqdirdə xarici qüvvələrin maraqlarını təşviq edən təşkilatların reyestrində qeydiyyata alınması tələb olunur. Onlar ildə bir dəfə bəyannamə doldurmalıdırlar.

Qanunun qəbuluna qarşı çıxan müxalifətçilər, QHT nümayəndələri və vətəndaş fəalları bildiriblər ki, bu qanun Gürcüstanın dost və düşmənlərini kateqoriyalara ayırır, ona damğa vurur və ölkənin Aİ-yə inteqrasiyasına mane olur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Kaxovkaya həyat qayıdır: Bu, möcüzədir, planetin heç bir yerində belə bir şey yoxdur - Foto

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Ağ çiçəyim"dən təzminat tələb edən sahibkar butulka ilə döyülüb

Bütün zamanların ən gözəl qadınının adı açıqlandı

Ermənistanın sülh sazişi üzərindən manipulyasiyalara getməsi nədən xəbər verir?

"Qarabağ" - "Linkoln" matçının hakimləri dəyişdirildi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay