Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin Vyetnam prezidenti ilə danışıqları başa çatıb

Rusiya-Vyetnam danışıqları təxminən bir saat yarım davam edib...

İki ölkənin prezidentlərinin iştirakı ilə Rusiya-Vyetnam danışıqları başa çatıb.

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyinin müxbiri məlumat verib.

Danışıqlar təxminən bir saat yarım davam edib. Agentliyin məlumatına görə, Rusiya və Vyetnam nümayəndə heyətlərinin üzvləri danışıqlar zalını tərk edərək, birgə sənədlərin mübadiləsinin aparılacağı zala yollanıblar. Müxbir qeyd edib ki, prezidentlər Vladimir Putin və To Lam mətbuata bəyanatlarla çıxış edəcəklər.

Qeyd edək ki, Putin Vyetnama rəsmi səfəri çərçivəsində iyunun 19-da axşam gəlib. Hanoyda Rusiya lideri Vyetnam rəhbərliyinin dörd nümayəndəsi ilə danışıqlar aparıb. Söhbət dövlət başçısından, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibindən, həmçinin hökumətin və Milli Assambleyanın sədrlərindən gedir.

Bundan sonra Putinin Sovet və Rusiya ali təhsil müəssisələrinin məzunları ilə görüşü nəzərdə tutulub. Daha sonra o, Vyetnam Prezidentinin təşkil etdiyi qəbulda iştirak edəcək.

Rusiya liderinin indiki Hanoy səfəri onun bu Asiya ölkəsinə beşinci səfəridir. Rusiya prezidenti Vyetnama ilk dəfə 2001-ci ildə səfər edib. Növbəti səfərlər 2006, 2013 və 2017-ci illərdə baş tutub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Britaniya səfirliyindən Azərbaycan lideri ilə bağlı paylaşım: "Hər şeyin təzəsi, dostun köhnəsi"

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Politoloq: Ermənistanda nə olursa olsun, keşiş bu proseslərin lideri olmayacaq...

Husilər Təl-Əvivi vurub, partlayış nəticəsində bir nəfər ölüb

Podolyak: Rusiyanın məğlubiyyəti təkcə Ukraynanın 1991-ci il sərhədinə çatması ilə bağlı deyil

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

İcra başçısı 1-ci dərəcəli Vətən müharibəsi əlilini evində ziyarət edib

Ən çox oxunanalar