Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın davam edən “ikili oyunu”... - Ermənistan tam məğlub olacağı bir müharibəyə niyə can atır?

Dünən Ermənistanın Baş naziri parlamentdə çıxışında Azərbaycana qarşı bir çox ittihamlar sürüb...

Politoloq: “Əgər, bu il ərzində Ermənistan sülh sazişindən yayınacaqsa, hərbi eskalasiyanın baş verməsi mümkündür”.

Ermənistan Baş naziri Nikol Paşinyan ziddiyyətli bir siyasətçidir və onun açıqlamalarında da biz onu görürük. Bir tərəfdən sülh sazişinə getməsini, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyir, bir tərəfdən də Azərbaycana qarşı haqsız ittihamlar səsləndirir”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Azərbaycan-Ermənistan münasibətlərinin indiki dönəmini Poliqon.info-a şərh edərkən qeyd edib.

Ermənistanın martın 5-i Qarabağda törətdiyi təxribata rəğmən dünən Paşinyan parlamentdə çıxışında Azərbaycana qarşı bir çox ittihamlar sürüb. Bu ittihamlara baxarsaq, İrəvan özüünü aydan arı gördüyü kimi, eyni zamanda Bakı ilə öz şərtləri ilə sülh bağlamağı düşünür və təbii ki, bu şərtlər altında da süllh sazişinin bağlanması imkansız görünür. İlham Əliyev isə 2023-cü ili sülhün üçün Ermənistanın son şansı adlandırıb.

Əgər, bu il sülh olmazsa, gələn il üçün müharibə qaçınılmaz görünürmü və Ermənistan tam məğlub olacağı bir müharibəyə niyə can atır?

Mövzunu Poliqon.info-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Cənubi Qafqazda sülh əldə etməyin iki yolu var. Ya Qərb Ermənistanın buna məcbur etməlidir, ya da yeni müharibədən sonra Ermənistan daha əlverişsiz bir sülh müqaviləsi imzalamalıdır”.

Ermənistanın diplomatik danışıqları bir tərəfə qoyduğunu vurğulayan politoloq əlavə edib ki, yalnız güc yolu ilə Ermənistan sülh müqaviləsini imzalatdırmaq mümkündür:

Ermənistan Baş naziri Nikol Paşinyan ziddiyyətli bir siyasətçidir və onun açıqlamalarında da biz onu görürük. Bir tərəfdən sülh sazişinin vacibliyindən danışır, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyir, bir tərəfdən də Azərbaycana qarşı haqsız ittihamlar səsləndirir və sülh sazişinin imzalamaması üçün mümkün bütün yollara əl atır. Ona görə də hesab edirəm ki, Paşinyan tipik anti-turk fobiyasini özündə əks etdirən bir ermənidir. O, sülhdən nə qədər çox danışırsa, bir o qədər də sülhdən uzaqlaşmağa çalışır. Əslində isə heç bir erməni Azərbaycanla sülh bağlamaq istəmir. Onlar düşünürlər ki, bir daha əlverişli şans əldə edə və yenidən Azərbaycan torpaqlarını işğal eə bilərlər. Bunun üçün də sülh prosesini uzatmaq üçün bütün mümkün yollara baş vururlar.

Düşünürəm ki, yalnız Qərbin ciddi təzyiqləri fonunda Cənubi Qafqazda sülh əldə oluna bilər. Yəni Cənubi Qafqazda sülh əldə etməyin iki yolu var. Ya Qərb Ermənistanın buna məcbur etməlidir, ya da yeni müharibədən sonra Ermənistan daha əlverişsiz bir sülh müqaviləsi imzalamalıdır.

Məhəmməd Əsədullazadə: “Bu il ərzində sülh müqaviləsinin bağlanması istiqamətində aparılan işlər müsbət nəticələnməlidir. Əgər, bu baş verməsə, Azərbaycan gücdən istifadə edə bilər”.

Nəzərə alaq ki, Nikol Paşinyan Qərblə əməkdaşlığa can atır. Onun verdiyi bəyanatlar sülhə qarşıdır və heç cür mümkün sülh müqaviləsinin bağlanmasını nəzərdə tutmur. Azərbaycanın təklif etdiyi sülh planını qəbul edirsə, belə bir bəyanatlarla çıxış etməməli idi. Onun məqsədi sülh sazişini uzatmaq və yeni silahlanma əldə etməklə Azərbaycan qarşısında bərabər güc imkanlarını qurmaqdır. Bunun üçün silahlanmaya da diqqət ayırıblar.

Əgər, bu il ərzində Ermənistan sülh sazişindən yayınacaqsa, hərbi eskalasiyanın baş verməsi mümkündür. Prezident İlham Əliyev bu kontekstdə xəbərdarlıq edir. İlk növbədə Avropa İttifaqı və ABŞ ciddi təzyiqlər etməlidir. Çünki bu ölkədə artıq yarım hərbi missiyası var. Ona görə də sülh mümkün ola bilər.

Bu il ərzində sülh müqaviləsinin bağlanması istiqamətində aparılan işlər müsbət nəticələnməlidir. Əgər, bu baş verməsə, Azərbaycan gücdən istifadə edə bilər. Çünki Ermənistan diplomatik danışıqları bir tərəfə qoyur. Yalnız güc yolu ilə Ermənistan sülh müqaviləsini bağlaya bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

İsrail hökuməti Beyrutdakı partlayışa görə təcili toplanıb

Ən çox oxunanalar