Ermənistanın Baş nazirinin başlatdığı kadr təmizləmələri davam edəcək...
Ermənistanın baş naziri Nikol Paşinyanın yerli hakimiyyət orqanlarında və hökumətdə başladığı kadr təmizləmələri davam edəcək və yaxın vaxtlarda yeni istefalar olacaq.
Poliqon xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Joxovurd” qəzeti yazıb. Nəşr qeyd edir ki, bu kadr dəyişiklikləri seçki kampaniyasının başlanğıcı kimi görünür.
“Paşinyan tərəfindən son belə qərarlar o qədər tələsik qəbul edilib ki, hətta hökumət rəsmilərinin işdən çıxarılan məmurların yerinə namizədlərin adlarını müzakirə etməyə belə vaxtları olmayıb. Keçən il yazdığımız kimi, Paşinyan fəaliyyətsizlik göstərən nazir və məmurlardan yaxa qurtarmaq niyyətindədir. Bütün bunlar seçki kampaniyasının başlanğıcı kimi görünür”, deyə nəşr qeyd edir.
Poliqon.info