Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Rusiyaya meydan oxuyur və qırmızı xətləri keçir...

İrəvan Moskva ilə bütün strateji ortaqlıqlarını məhv etməyə çalışır və bu siyasət Ermənistan üçün, bütövlükdə isə Cənubi Qafqaz hansı nəticələr doğura bilər?..

Politoloq: “Rusiya açıq bildirməsə də, əlbəttə ki, bir neçə dəfə Nikol Paşinyanın ictimai etirazla devrilməsinə şərait yaratmaq istəyib. Yəni bu yöndə Rusiyanın 5-ci kalonu zaman-zaman mitinqlər keçirtməyə cəhd edib, amma bu alınmıyıb, əhali onları dəstəkləməyib”.

“İndiki vəziyyətdə məhz Qarabağdan öz xoşuyla köçmüş on minlərlə erməniləri bu prosesə qatmaqla, kütləviliyi təmin etmək istəyirlər və bu yöndə ciddi iş gedir”.

Bu sözləri politoloq Natiq Miri Ermənistanın Baş nazirinin Rusiya ilə bağlı son fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən France 24 telekanalına müsahibə verən Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya qarşı qırmızı xətləri keçən bəyanatlar səsləndirib. Rusiya hakimiyyətini sərt tənqid edən Paşinyan iddia edir ki, Rusiya bir neçə ay əvvəl “açıq şəkildə erməni əhalisini hökuməti devirməyə çağırıb”. Ermənistan liderinin sözlərinə görə, “Moskvadan ona qarşı bu təbliğat dayanmadan davam edir”. Həmçinin Paşinyan Ermənistanın KTMT-də iştirakının “dondurulduğunu” deyib. Eyni zamanda, o, Ermənistandakı Rusiya hərbi bazasının saxlanılması məsələsinin gündəmdə olmadığını söyləyərək Rusiya ordusunun yaxın zamanda çıxarılmasına da işarə edib.

Paşinyanın Rusiyaya qarşı bu açıqlamalarını necə dəyərləndirmək olar? Demək olarmı ki, İrəvan Moskva ilə bütün strateji ortaqlıqlarını məhv etməyə çalışır və bu siyasət Ermənistan üçün, bütövlükdə isə Cənubi Qafqaz hansı nəticələr doğura bilər?

Rusiya-Ermənistan münasibətlərini Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Düşünürəm ki, aeroportda duran Rusiya hərbiçilərinin erməni əsgərləriylə əvəzlənməsi prosesi başlaya bilər”.

Ermənistanın özünün bütün sahələr üzrə yəni iqtisadi, ticari, enerji, texnoloji, investesiya, hərbi yöndə təhlükəsizliyinə tam təminat ala bilmədiyini və bunlar Ermənistan üçün çox vacib olduğunu xatırladan politoloq əlavə edib ki, Rusiya ilə hərbi sahədə bütün əlaqələr qırılarsa, əlbəttə Rusiya Ermənistana iqtisadi, ticari yöndə ciddi embarqolar, məhdudiyyətlər yaradacaq:

Rusiyanın ittiham olunması Ermənistan höküməti səviyyəsində bütün sahələr üzrə davam edir. Bunun əsas məqsədlərindən biri erməni ictimai rəyini Rusiya əleyhinə kökləmək və daha çox Qərbə, Avropaya inteqrasiya xəttinə üstünlük verməkdir. Düşünürəm ki, müəyyən mənada Ermənistan hakimiyyəti tərəfindən böyük bir yol da qət edilib. Çünki aparılan sosioloji sorğularda göstərilir ki, erməni ictimai rəyi artıq RusiyaErmənistanın ən yaxın dostu kimi qəbul etmir.

Xüsüsilə də, son 44 günlük müharibə və antiterror əməliyyatından sonra bu yöndə təbliğat öz işini görüb. Ancaq bu proses davamlı bir prosesdir. Çünki paralel olaraq Rusiya, Rusiya mediyası eyni zamanda Rusiyanın Ermənistandakı əlaltıları da bu yöndə işliyir, müəyyən görüşlər keçirir, təbliğat aparır. Buna görə də bu yöndə ittihamların davam edəcəyini düşünürə.

Digər tərəfdən, bu Qərbə verilən bir mesajdır. Görünür Münhen Təhlükəsizlik Konfransında Paşinyan qarşısında artıq Rusiya ilə qərarın verilmə zamanının gəlməsiylə bağlı müəyyən xəbərdarlıqlar olub. Bu yöndə ittihamlar konkret Qərbə cavab ola bilər ki, Rusiya ciddi mənada Ermənistan hakimiyyətini devirməyə çalışır və bununla bağlı Qərb Ermənistan hökümətinin təhlükəsizliyini təmin etməlidir.

O ki qaldı, KTMT məsələsinə bu yeni məsələ deyil. Bildiyimiz kimi, Ermənistan ordu rəhbərliyi artıq uzun müddətdir ki, KTMT-nin heç bir sammitində, hər hansı bir proqramında iştirak etmir. Bununla da dolayısıyla KTMT-ni qəbul etmədiyini ortaya qoyur. Ancaq bu əlbəttə ki, digər məsələlərə bir işıq salır.

Natiq Miri: “Ermənistanda bir tərəfdən Paşinyanın istefayasına çağırış var, digər tərəfdən isə ermənilər bu istefadan sonra nə edəcəklərini özləri üçün aydınlaşdıra bilmirlər. Azərbaycanla müharibə edəcəkklərmi, yoxsa Azərbaycanın şərtlərini qəbul edəcəklər”.

Hərbi bazanın çıxarılması məsələsinə gəlincə isə düşünürəm ki, bu o qədər də sıradan bir məsələ deyil. Çünki ortada 49 illik bir müqavilə sazişi var. Eyni zamanda Ermənistan özünün bütün sahələr üzrə yəni iqtisadi, ticari, enerji, texnoloji, investesiya, hərbi yöndə təhlükəsizliyinə tam təminat ala bilmiyib və bunlar Ermənistan üçün çox vacibdir. Rusiya ilə hərbi sahədə bütün əlaqələr qırılarsa, əlbəttə Rusiya Ermənistana iqtisadi, ticari yöndə ciddi embarqolar, məhdudiyyətlər yaradacaq. Bu xüsusda, Rusiya və digər Avrasiya İttifaqına üzv olan ölkələr Ermənistan üçün kənd təsərrüfatı və digər məhsulların satışı üçün ən böyük bazardır. Çünki Avropa standartını qəbul etməyə hazır deyil. Ayrıca kənar bir ölkənin Avropa bazarlarına müdaxiləsi də Avropadakı fermerləri də ciddi şəkildə qıcıqlandırır və qazanclarını məhdudlaşdırır. Ona görə bu bir prosesdir.

Nikol Paşinyanın müəyyən mənada ehtiyatlı danışmasının əsas səbəbi də budur. Çünki bir tərəfdən Qərbin tələbləri ola bilər, ancaq başqa tərəfdə Nikol Paşinyan soyuq suyu üfürərək içir ki, zamanından tez addımlar atılmasın və Rusiyanında qəzəbinə tuş gəlməsinlər. Rusiya açıq bildirməsə də, əlbəttə ki, bir neçə dəfə Nikol Paşinyanın ictimai etirazla devrilməsinə şərait yaratmaq istəyib. Yəni bu yöndə Rusiyanın 5-ci kalonu zaman-zaman mitinqlər keçirtməyə cəhd edib, amma bu alınmıyıb, əhali onları dəstəkləməyib. Bu gün yenidən belə bir etiraz dalğası körüklənib insanlar küçələrə çağırılır, yenə də eyni epitetlər Nikol Paşinyan hökümətinə yapışdırılır və onun istefasının alternativinin olmadığı bildirilir. Yəni dəyişən bir məsələ yoxdur, sadəcə problem ondadır ki, bu birliyin erməni xalqını gələcəyə aparacaq konkret konseptual proqramı mövcüd deyil.

Ermənistanda bir tərəfdən Paşinyanın istefayasına çağırış var, digər tərəfdən isə ermənilər bu istefadan sonra nə edəcəklərini özləri üçün aydınlaşdıra bilmirlər. Azərbaycanla müharibə edəcəkklərmi, yoxsa Azərbaycanın şərtlərini qəbul edəcəklər. Ermənistan müxalifəti bu suallara cavab verə bilmir və bu da Paşinyanın əsas dəstək faktoruna çevrilir. Çnüki erməni ictimai rəyi ehtiyat edir ki, yeni gələn revonşist qüvvələr Ermənistanı yeni böyük bir müharibəyə təhrik edərlər və bu da Ermənistanı daha acınacaqlı duruma gətirib çıxarda bilər.

Eyni zamanda Rusiya yönümlü qüvvələrin on illər boyu Ermənistanda hakimiyyəti dönəmində erməni xalqının hansı kasıb duruma düşdükləri ermənilərin yadından çıxmayıb. Məhz korrupsiya dönəminin çiçəklənməsi Köçəryan, Sarkisyan dönəmində baş verib. Ona görə də, hələlik hərbi bazanın çıxarılmasına Ermənistan tələsmiyəcək, ancaq tədricən bu proses baş verəcək.

Natiq Miri: “Rusiya da analayır ki, artıq Ermənistan həqiqətən də Moskvayla bir çox sahələr üzrə, xüsusilə də, hərbi cəhətdən əməkdaşlığa qətiyyən üstünlük vermir”.

Düşünürəm ki, aeroportda duran Rusiya hərbiçilərinin erməni əsgərləriylə əvəzlənməsi prosesi başlaya bilər. Bundan irəli gedərək gələcək perespektivdə Türkiyə ilə İran sərhəddini qoruyan rus hərbiçiləri erməni sərhədçiləriylə əvəzlənə bilər. Doğrudur, bu dərhal baş verəcək məsələ deyil. Bunun üçün hazırlıq maliyələrə ehtiyac var və bu yöndə yəqin ki, Qərb dünyası əlini daşın altına qoyacaq. Ancaq əsas strateji xətt əlbəttə ki, Rusiyanın nüvəsi olduğu bütün ittifaqlardan tədricən əlaqələri zəiflətmək və daha çox Qərblə, Avropa Birliyi ilə inteqrasiyanı dərinləşdirmək xəttidir.

Konkret Rusiyanın bu yöndə cavabı nə olacaq? Hələlik Rusiya erməni meydanlarında cavabı verir, ancaq nə qədər bu prosesi icra edən revonşist Qarabağ klanı və digər qüvvələr bunu hansı səviyyəyə qədər uğurlu apara biləcəklər biz bunu görəcəyik. İlk gündə belə böyük kütləviliyin olduğunu biz görmədik. Ona görə də indiki vəziyyətdə məhz Qarabağdan öz xoşuyla köçmüş on minlərlə erməniləri bu prosesə qatmaqla, kütləviliyi təmin etmək istəyirlər və bu yöndə ciddi iş gedir. Ermənistan höküməti də Qarabağdan gələn separat rejimin rəhbərliyini və bir çox insanları istintaqa çağırmaqla təzyiqlər etməklə onları bundan çəkindirməyə çalışır. Bunun nə qədər effektiv olacağı yaxın həftələrdə əlbəttə ki bəlli oacaq.

 

Ancaq bu o demək deyil ki, Rusiyanın etmək istədikləri tükənib, sadəcə açıq şəkildə Nikol Paşinyanı devirməklə bağlı konkret hərəkətlərə keçmir. Çünki Moskva düşünür ki, bu Nikol Paşinyan hökümətinə ciddi bir bəhanə verə bilər. Yəni Ermənistan bunu bəhanə gətirirərək KTMT-dən və digər üzvü olduğu təşkilatlardan çıxa bilər. Buna görə də, Nikol Paşinyanan zəmin yaratmaq və tutacaqlar vermək istəmirlər. Ancaq Rusiya da analayır ki, artıq Ermənistan həqiqətən də Rusiya ilə bir çox sahələr üzrə, xüsusilə də, hərbi cəhətdən əməkdaşlığa qətiyyən üstünlük vermir.

Bu yöndə konkret alternativlər yaradılıb ki, Fransa müdafiə naziri Lekorno və onunla birlik beş sənaye kompleksinin tərkib hissəsi olan ən ciddi üzdə olan beş korporasiya Ermənistanan gəlir. Bu o deməkdir ki, həm Ermənistanın silah ehtiyaclarını öyrənəcək həm də həmin korporasiyaların şirkətlərin yardımıyla erməni müdafi sənayesini Ermənistan ərazisində tədricən ayağa qaldırmaq planı ortada var. Yəni Ermənistana lazım olan silahları hansısa xarici ölkədən deyil ən vacib silahları məhz Ermənistan ərazisində istehsalını təmin etməklə dolayısıyla Azərbaycan Ermənistan arasında hərbi balansın yaranmasıdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar