Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan hökuməti yenə seperatçıları maliyyələşdirir - Bu Azərbaycana qarşı ərazi iddiası deyil?..

Bu il Ermənistan öz büdcəsindən Qarabağ separatçılarına 411 milyon dollar yönləndirib...

Siyasi-şərhçi: “Ermənistan hakimiyyəti öz büdcəsinin xərclər proqramı çərçivəsində separatçılara təxminən 800 milyon dollar vəsait verib”.

Azərbaycan hakimiyyəti BMT-nin üzvü olan dövlət kimi bu məsələni beynəlxalq müstəviyə qaldırmalı və Ermənilərin həm separatizmə dəstəyini, həmdə sülh prosesi danışıqlarının tələblərini pozmasını bütün dünyaya nümayiş etdirməlidir”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Ermənistan hökumətinin Qarabağ separatçılarına vəsait ayırmasını PİA.az-a şərh edərkən qeyd edib.

2022-ci ildə Ermənistan öz büdcəsindən Qarabağ separatçılarına 411 milyon dollar yönləndirib. Bu vəsaitin böyük hissəsi isə separatçıların qanunsuz silahlə birləşmələrinin saxlanılmasına cəlb olunub. Digər tərəfdən isə İrəvan bildirir ki, onların Azərbaycana qarşı ərazi iddiaları yoxdur.

Bəs Azərbaycan ərazisində qanunsuz silahlı dəstə saxlamaq və separatizmi maliyyələşdirmək ərazi iddiası və Azərbaycanın daxili işlərinə qarışmaq deyilmi?

Ermənistanın əl çəkmədiyi seperatçı dəstəyini PİA.az-ın əməkdaşı AĞ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Bu dövrdə qələbələr yalnız müharibələrlə əldə olunmur. Bunun üçün aidiyyatı qurumların, diaspora komitəsinin üzərlərinə çox ciddi iş düşür”.

Qarabağdakı separatçılara təkcə Ermənistan hökümətinin deyil, digər bəzi ölkələrin də maliyyə dəstəyi verdiyini xatırladan siyasi-şərhçi PİA.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan höküməti bu məsələni də diqqətdə saxlamalı və separatçılara dəstək verən bütün ölkələrin bu davranışlarını kəskin şəkildə pisləməlidir:

“Bildiyiniz kimi bu Paşinyan hakimiyyətinin ilk belə addımı deyil. Bundan öncə də dekabr ayının əvvələrində separatçılara 20 milyon dollar ayrılmışdı. Ümümilikdə isə, 2022-ci il ərzində Ermənistan hakimiyyəti öz büdcəsinin xərclər proqramı çərçivəsində separatçılara təxminən 800 milyon dollar vəsait verib. Dəfələrlə Azərbaycanın bununla bağlı haqlı etirazlarına baxmayaraq, yenə də Paşinyan hökuməti separatçıları maliyyələşdirməkdə davam edir. Bu birmənalı şəkildə ermənilərin bölgədə separatizmə dəstəyinin nümayişidir.

Hesab edirəm ki, Azərbaycan hakimiyyəti BMT-nin üzvü olan dövlət kimi bu məsələni beynəlxalq müstəviyə qaldırmalı və Ermənilərin həm separatizmə dəstəyini, həmdə sülh prosesi danışıqlarının tələblərini pozmasını bütün dünyaya nümayiş etdirməlidir. Çünki bu həmdə BMT-nin nizamnaməsinə və digər beynəlxalq müqavilələrə zidd bir addımdır.

Kamran Məmmədli: “Biz döyüş meydanında əldə etdiyimiz qələbəni, informasiya və diplomatiya müharibəsində də əldə etməliyik”.

Ancaq çox təəssüf ki, Qarabağdakı separatçılara təkcə Ermənistan höküməti deyil, digər bəzi ölkələr də maliyyə dəstəyi verir. Azərbaycan höküməti bu məsələni də diqqətdə saxlamalı və separatçılara dəstək verən bütün ölkələrin bu davranışlarını kəskin şəkildə pisləməlidir. Eyni zamanda bunun mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmalıdır .

Biz döyüş meydanında əldə etdiyimiz qələbəni, informasiya və diplomatiya müharibəsində də əldə etməliyik. Unutmaq lazım deyil ki, 21-ci əsr həmdə informasiya əsridir. Bu dövrdə qələbələr yalnız müharibələrlə əldə olunmur. Bunun üçün aidiyyatı qurumların, diaspora komitəsinin üzərlərinə çox ciddi iş düşür”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Ən çox oxunanalar