Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Ermənistanda “özünəməxsus” terrora başladı

Ermənistanın Baş naziri Nikol Paşinyanın əlində faktiki olaraq yeganə dayaq kimi güc strukturları qalıb.

Bu barədə Ermənistanın “Past” qəzeti yazıb.

Nəşr qeyd edir ki, Paşinyan güc strukturlarının köməyi ilə “özünəməxsus” terror həyata keçirməyə başlayıb.

Belə ki, bu günlərdə Ermənistan mətbuatında polis tərəfindən müəllimlərin seçkiqabağı “söhbət”ə çağırılması barədə məlumatlar yayılıb.

“Bu günlərdə bir sıra müxaliflərə qarşı cinayət işləri “uydurulur”, bəziləri Milli Təhlükəsizlik Xidmətinə çağırılır. Məsələn, dünən bizimlə söhbətdə Ermənistanın birinci ombudsmanı Larisa Alaverdyan həyat yoldaşı ilə birlikdə MTX-yə çağırıldığını təsdiqlədi. Bu cür nümunələr az deyil və belə bir düşüncə də var ki, növbəti günlərdə sözügedən hallar kütləvi xarakter almağa başlayacaq. Köhnə və yeni işlər “canlandırılacaq”, çünki Paşinyan seçkiləri uduzmaq fikrindən sadəcə dəhşətə gəlir.

Yeri gəlmişkən, bütün bunlarla yanaşı, Nikol Paşinyan “Facebook”la işləməyə də başlayıb. Belə ki, onun birbaşa göstərişi əsasında müxaliflərin sosial şəbəkə hesablarından kütləvi şikayətlər edilir və nəticədə ya həmin səhifələr bloklanır, ya da bəzi funksiyaları məhdudlaşdırılır”, - deyə qəzet yazıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Azərbaycanda hüquqi şəxslərə hərbi texnikaların satın alınması hüququ verilib

"Neftçi" - "Sabah" oyununun yeri növbəti dəfə dəyişdirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay