Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parazit əleyhinə preparatın koronavirusa qarşı effektivliyi sübut olunub

Avstraliyalı alimlərin “Antiviral Research” jurnalında dərc etdirdikləri tədqiqat işində ekspertlər “İvermektin” preparatının hüceyrələrdə SARS-cov-2 virusunun artımını 48 saat ərzində dayandırdığı barədə məlumat veriblər...

PİA.az AMEA-nın saytına istinadən xəbər verir ki, “İvermektin” virusların geniş spektrinə qarşı öz effektivliyini sübut etmiş parazit əleyhinə preparatdır. Alimlər bildirib ki, sınaqlar hələlik “in vitro” (sınaq şüşəsində təcrübələrin aparılması) həyata keçirilir. Buna görə də insanlar üzərində ilk tədqiqatlar aparılmalıdır. İşin müəlliflərinin sözlərinə görə, insanlar üçün mümkün dozanın koronavirusaya qarşı effektiv olub-olmayacağı aydınlaşdırılmalıdır.

naukatv.ru saytının məlumatına görə, “İvermektin”in köməyi ilə virusa təsir edən mexanizm hələlik məlum deyil. Lakin onun digər viruslara təsirinə əsaslanaraq alimlər güman edirlər ki, preparat patogenin hüceyrə nüvəsinə daxil olduğu virus zülallarını bloklayır.

Avstraliyalı mütəxəssislər komandası artıq 10 ildən çoxdur ki, müxtəlif viruslarla mübarizədə “İvermektin”in effektivliyini tədqiq edirlər. COVID-19 ilə mübarizədə bu preparatın tətbiqi kliniki sınaqların nəticələrindən asılı olacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ən çox oxunanalar