Macarıstanın baş naziri “Rusiya təhlükəsi” haqqında söz-söhbətləri Qərbin müharibəyə hazırlaşmaq üçün manevri olaraq dəyərləndirib...
Macarıstanın baş naziri Viktor Orban hesab edir ki, Rusiyanın NATO ölkəsinə hücum etməsi ehtimalı azdır.
Poliqon xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban “Kossuth” radiosuna müsahibəsində deyib.
Orbanın fikrincə bu gün heç kim NATO ölkəsinə hücum etməyə cəsarət edə bilməz.
“Bu gün kiminsə - biz təkcə Rusiyadan deyil, hər kəsdən danışırıq - NATO ölkəsinə hücum etmək ehtimalı çox azdır. NATO müdafiə ittifaqıdır və heç bir NATO ölkəsinin suverenliyini pozan hərbi hərəkətlərə dözməyəcək. Ona görə də mən “Rusiya təhlükəsi” ilə bağlı bu istinadları Qərbin və Avropanın müharibəyə hazırlaşmaq üçün manevrləri kimi şərh edirəm”, deyə Viktor Orban müsahibədə bildirib.
Poliqon.info