Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oqtay Şirəliyev iclas keçirdi

Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji dəstək məqsədi ilə yaradılan Komissiyanın ilk iclası keçirilib.

İclası giriş sözü ilə açan Komissiyanın sədri Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbçi, qazi və şəhid ailələrinə xüsusi qayğı ilə yanaşdığını vurğulayıb.

O.Şirəliyev Nazirlər Kabinetinin Qərarına əsasən hərbi əməliyyatlarda iştirak etmiş hərbçilərə və şəhid ailələrinə psixoloji yardımın təşkili məsələsi barədə danışıb.

O qeyd edib ki, hərbçilərə psixoloji dəstək yalnız müharibə bitdikdən sonra deyil, hərbi əməliyyatlar dövründə də göstərilib: "Bu işə həmçinin xarici mütəxəssislər cəlb olunub".

İclasda hərbçilərə və şəhid ailələrinə psixoloji yardım göstərəcək mütəxəssislərin xüsusi təlim proqramından keçdiyi qeyd olunub.

Sonda Komissiya üzvlərinə fəaliyyət istiqamətlərinə uyğun olaraq təkliflərin hazırlanıb qısa müddətdə Səhiyyə Nazirliyinə təqdim olunması tapşırılıb.

Qeyd edək ki, Komissiya Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımın göstərilməsi məqsədilə Nazirlər Kabinetinin Qərarı ilə yaradılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar