Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

OPEC-dən neftlə bağlı proqnoz


OPEC neftə olan tələbat artımı proqnozunu sutkada 1,155 milyon bareldən 1,19 mln. barelə qədər artırıb


"Report" xəbər verir ki, kartelin proqnozuna görə, bu il neftə qlobal tələbat sutkada 95,81 mln. barel təşkil edəcək. Proqnoz havaların soyuq keçməsi, ABŞ, Avropa, Çin və Hindistanda nəqliyyat vasitələri satışının artması, həmçinin neft-kimya sektorunda vəziyyətin yaxşılaşması ilə əlaqədar yenidən nəzərdən keçirilib.

Kartel ekspertlərinin gözləmələrinə görə, bu il OPEC-ə daxil olmayan ölkələrdə neft hasilatı sutkada 0,24 mln. barel artaraq orta hesabla sutkada 57,44 mln. barelə çatacaq. Onlar öz proqnozlarını ABŞ-da buruqların və investisiyaların artması ilə əlaqədar sutkada 120 min barel artırıblar. Hasilat artımını Braziliya, Kanada, Qazaxıstan və Konqo da təmin edəcək. Hasilatı daha çox Çin, Meksika, Rusiya, Kolumbiya, Oman, Azərbaycan və İndoneziya azaldacaq.

İlkin məlumatlara görə, yanvar ayında neft təklifləri sutkada 1,29 mln. barel aşağı düşərək orta hesabla sutkada 95,82 mln. barelə çatıb. Azalmanı OPEC ölkələri və ona daxil olmayan dövlətlərin hasilatı azaltması təmin edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

İki dəfə məzarından çıxarılan, ermənilərin binasını yandırdığı Musa Nağıyev - Video

Ən çox oxunanalar