Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman Səbinə Əliyeva Türkiyədə səfərdədir

Ombudsman Türkiyədə səfərdədir...

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının bir qrup əməkdaşı Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) dəvəti əsasında Türkiyədə rəsmi səfərdədir.

Bu barədə Ombudsman Aparatından bildirilib.

Qeyd edilib ki, BMT-nin İşgəncələrə qarşı Komitəsinin tövsiyələri əsasında təşkil olunan səfər çərçivəsində Ombudsman və nümayəndə heyəti TİHEK nümayəndələri ilə Mardin və Diyarbəkir şəhərlərində olublar.

Mardin şəhərinin valisi və Türkiyənin İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm (MPM) qismində fəaliyyət göstərən TİHEK üzvləri ilə görüşən Səbinə Əliyeva iki qardaş ölkə arasında müxtəlif sahələrdə olduğu kimi insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud əməkdaşlıq əlaqələrinin davamlı olaraq inkişaf etdirilməsindən məmunluğunu bildirib.

S.Əliyeva Azərbaycan Ombudsman təsisatının insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyəti, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunun tələbləri əsasında MPM qismində həyata keçirilən başçəkmələr barədə ətraflı məlumat verib.

Eyni zamanda bildirilib ki, Azərbaycanda həyata keçirilmiş məhkəmə hüquq islahatları çərçivəsində qadın və uşaq məhkumlar üçün beynəlxalq standartlara cavab verən yeni müəssisələr inşa edilib, məhkumların faydalı işlə məşğul olmaları üçün istehsalat sahələri təşkil edilib, hər iki müəssisədə məhkumların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə idman sahələri, təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün lazımi infrastruktur yaradılıb.

İki qurum arasında 2021-ci ildə imzalanan Anlaşma Memorandumuna əsasən həyata keçirilmiş səfərin məqsədi Azərbaycan Ombudsman təsisatı ilə TİHEK-in MPM qismində fəaliyyətinə dair əldə etdikləri təcrübələrin mübadiləsi, iki qurum arasında əməkdaşlığın daha da inkişaf etdirilməsidir.

Səfər çərçivəsində Azərbaycan Ombudsman təsisatının və TİHEK-in əməkdaşları tərəfindən Mardin və Diyarbəkirdə yerləşən cəzaçəkmə müəssisələrinə, o cümlədən, uşaq cəzaçəkmə müəssisəsinə birgə başçəkmələr həyata keçirilib, məhkumların beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqlarının təmini vəziyyəti monitorinq edilib, Türkiyə dövlətinin cəzaların icrası sahəsində beynəlxalq standartlara uyğun islahatlar həyata keçirdiyi müşahidə olunub.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Ən çox oxunanalar