Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölümlə nəticələnən dəhşətli ailə faciəsi - Video

Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində fərdi yaşayış evində baş verən partlayışda yanıq xəsarətləri alan bacı-qardaş vəfat edib...

Hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 1998-ci il təvəllüdlü Fərəh Quliyeva və 1997-ci təvəllüdlü Toğrul Quliyev xəstəxanada dünyasını dəyişib.

Baku TV-nin əməkdaşı partlayışın detallarını öyrənmək üçün hadisə yerinə gedib.

Yaxınlarının məlumatına görə, hadisə zamanı həlak olan bacı-qardaş evin birinci mərtəbəsində, nənə və ataları həyətdə, anaları isə evin ikinci mərtəbəsində olub. Partlayış evin birinci mərtəbəsində qeydə alınıb. Bu səbəbdən yalnız iki nəfər – bacı-qardaş ağır yanıq xəsarətləri alıblar. Ailənin digər üzvləri isə xəsarət almayıblar.
“Fərəh reklam agentliyində işləyirdi, işdə hamı başına and içirdi. Öz zəhməti ilə işə götürülmüşdü, heç bir tanışı olmamışdı. CV ilə qəbul etmişdilər. Nə edə bilərik. Faciədir başımıza gəlib”, - bacı-qardaşın nənəsi deyib.

Qeyd edək ki, partlayışın məişət qazının sızması nəticəsində baş verdiyi ehtimal olunur.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Ən çox oxunanalar