Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkəyə 60 kiloqram narkotik vasitə gətirən 3 nəfər tutulub

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir...

Tədbirlər zamanı İrandan ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən 3 nəfər - əvvəllər məhkum olunmuşlar 1987-ci il təvəllüdlü Tural Həsənov tanışı 1993-cü il təvəllüdlü Pünhan Mehdizadə və 1995-cı il təvəllüdlü Mahir Aslanlı DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

Bu barədə Poliqon-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onlardan, idarə etdikləri avtomobil və yaşayış ünvanlarından 60 kiloqram, o cümlədən güclü təsirə malik 41 kiloqram heroin, 19 kiloqram “patı”, “şüşə” kimi adlandırılan metamfetamin, 2000 ədəd "metadon" həbi, elektron tərəzilər və narkotiklərin qanusuz dövriyyəsi zamanı əldə edilən pul vəsaitlərinin nağdlaşdırılmasında bilavasitə istifadə olunan bank kartları aşkar edilib:

"Araşdırmlarla T.Həsənov, P.Mehdizadə və M.Aslanlının şəxsiyyətləri istintaqla araşdırılan "Münəccim" və “Səxavət” adlı İran vətəndaşları ilə qabaqcadan əlbir olaraq narkotikləri Biləsuvar və Qaradağ rayonları ərazisində yol kənarında gizlədilən yerdən satmaq məqsədilə əldə etdikləri müəyyən edilib. Saxlanılan şəxslər ölkəyə narkotik vasitə və psixotrop maddələr gətirən əsas fiqurlardan olublar".

Qeyd olunub ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, dəstə üzvləri barəsində həbs qətimkan tədbiri seçilib. Mütəşəkkil dəstəyə daxil olan digər şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

"Vətəndaşları diqqətli və məsuliyyətli olmağa, o cümlədən sosial şəbəkələrdə narkotik maddələr təklif edən əsasən xaricdən idarə olunan səhifələrin yalan, həmçinin şirnikləndirici vədlərinə inanmamağa çağırırıq", - deyə məlumatda qeyd olunub.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Ən çox oxunanalar