Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkədə əksər qiymətlərin artımı gözlənilir


Ekspertlərə görə, təbii inhisar subyektlərinin idarəetmə prinsipləri dəyişməyincə, maliyyə durumunun düzəlməsi mümkünsüzdür...


Suyun bahalaşmasından bir qədər sonra elektrik enerjisinin qiymətinin də qaldırılması cəmiyyətdə bahalaşma ajiotajı yaradıb. Ekspertlər növbəti bahalaşma gözləntilərindən narahatdırlar. 

İqtisadçı ekspert Fikrət Yusifov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirdi ki, suyun və elektrik enerjisinin qiymətlərində son vaxtlar baş vermiş artımın digər qiymətlərə necə təsir edəcəyi bu gün hər kəsi düşündürür: “Həm də sual olunur ki, bəs bu məhsulların qiymətlərində artımın nə kimi iqtisadi əsasları var idi? İllərlə bu sahələrdə xidmət sferaları inkişaf edir, genişlənir, yeni güclər istifadəyə verilir, lakin xidmətin qiymətləri dəyişməz olaraq qalır. Sahənin inkişafı, onun genişləndirilməsi, yeni güclərin istifadəyə verilməsi, xidmət personalının sayının artması nəticə etibarı ilə xərclərin də artımına gətirib çıxarır. Bu xərcləri qarşılamağın yeganə yolu isə satılan məhsulun qiymətlərinin, tədricən artırmaqdan keçir. Bazar iqtisadiyyatı şəraitində hər hansı bir xidmət sahəsinin zərərlə işləməsi real deyil. Bu səbəbdən də həm su və həm də elektrik enerjisinin qiymətlərində müəyyən artım labüd idi. Bu iki xidmət növü üzrə qiymət artımının başqa məhsulların qiymətlərinə müəyyən təsiri mümkündür, lakin qiymətlərdə kəskin artımın olacağı real görünmür. Qiymətlərin artımının qarşısını almağın ən düzgün yolu isə bazarda məhsul bolluğunun yaradılmasından keçir”.

Ekspert Elşad Məmmədov isə deyib ki, son artımlarla bağlı irəli sürülən arqumentlər əsassızdır: “Son aylarda ölkə iqtisadiyyatında önəmli rola malik olan iki iri təbii inhisar sahəsinin - su və enerjiyə aid dövlət qurumlarının tarifləri artırması üçün irəli sürdüyü arqumentlər o qədər əsassız görünür ki, onların üzərində dayanmağa lüzum görmürəm. Çünki son illər ərzində dövlət tərəfindən bu qurumlara çox böyük maliyyə və təşkilati dəstək göstərilməsinə baxmayaraq, menecmentdəki ciddi nöqsanlar onların maliyyə vəziyyətini acınacaqlı hala salıb. Ümumiyyətlə, bir məqamı qeyd etməyi lazım bilirəm ki, təbii inhisar subyektlərinin tam əksəriyyəti sovet dönəmində dövlətin qüdrəti hesabına formalaşıb. Ancaq Sovet İttifaqında onların fəaliyyəti plan iqtisadiyyatının sərt nəzarət çərçivələri ilə tənzimlənirdi. Ona görə də onların maliyyə, idarəetmə siyasətində ciddi problemlər olmurdu. Ölkədə bazar iqtisadiyyatı sisteminə keçid isə artıq həmin nəzarət mexanizmlərini aradan qaldırıb. Belə şəraitdə, yəni həmin nəzarət mexanizmlərinin olmadığı şəraitdə, həmin müəssisə və təşkilatların əvvəlki formatda qalması yolverilməzdir. Ən azından ona görə ki, bu həmin qurumların rəhbərlərinə dövlətin külli miqdarda vəsaitini lazım bildikləri istiqamətə yönəltmək imkanları verir. Nəticədə onlar bazarda həm hakim, həm inhisarçı-iştirakçı olurlar. Bu isə həm plan, həm də  bazar iqtisadiyyatı fəlsəfəsinə tamamilə ziddir”.

Onun sözlərinə görə, hazırda dövlətə aid təbii inhisar subyektlərinin büdcə və digər daxili öhdəllikləri ilə yanaşı, böyük rəqəmlərdə ifadə olunan xarici borcları var: “Bu baxımdan, milli valyutanın zəifləməsi fonunda təəssüflə qeyd etmək istəyirəm ki, heç son tarif artımı da onların maliyyə durumunda köklü müsbət dəyişikliklərə səbəb olmayacaq. Daha vacib məqam isə ondan ibarətdir ki, bu təşkilatların investisiya portfelində ölkə iqtisadiyyatı üçün o qədər mənasız maddələr var ki, belə investisiya portfeli ilə heç bir tarif artımından iqtisadi effekt ğözləmək olmaz. Bu müəssisələrin hətta kiçik filiallarının, ofislərinin, stansiyalarının xarici görünüşləri muzeyləri xatırladır. Bu qurumlar yaxşı olardı ki, vergi ödəyicilərinə, ölkə əhalisinə, parlamentə və hökumətə  şəffaf hesabat versinlər ki, bu ofislərin təmirinə, saysız-hesabsız bahalı xidməti xarici avtomobillərə və digər lazımsız istiqamətlərə nə qədər dövlət vəsaiti xərclənib. Ona görə də təbii inhisar subyektlərinin idarəetmə prinsipləri dəyişməyincə, onların maliyyə durumunun düzəlməsi mümkünsüzdür”.

E.Məmmədov qeyd edib ki, bahalaşma digər sahələrdə də gözlənilir: “Bahalaşmanın yaxın aylarda hansı digər sahələri əhatə edəcəyinə gəldikdə, təəssüflə qeyd etmək istəyirəm ki, istehlak məhsul və xidmətləri bazarının tam əksər hissəsinin formalaşmasında elektrik enerjisi və su önəmli xüsusi çəkiyə malikdir. Bu baxımdan, istehlak bazarına aid sahələrin əksər hissəsində qiymət artımı ğözlənilir. 

Bundan başqa, manatın zəifləməsi, istehlak bazarının idxaldan asılılıq səviyyəsinin yuxarı olması, inhisarçılıq, bir çox sahələrdə, o cümlədən daxili istehsalın tam təşkil olunmaması səbəbindən hətta daxili istehsal məhsullarına qiymətlərin formalaşmasında idxalın önəmli dərəcədə mövcudluğu amilləri qiymət artımına səbəb olacağını proqnozlaşdırmağa əsas verir. Bundan əlavə, yuxarıda da qeyd etdiyim kimi, ölkədə fəaliyyət göstərən digər iri təbii inhisar subyektlərinin də maliyyə durumu ağırdır. Onların da xarici və daxili borcları o səviyyədədir ki, zənnimcə, yaxın gələcəkdə onların da təklif etdiyi məhsul və xidmətlərə görə qiymət və tariflərdə artım olacağını proqnozlaşdırmaq olar”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Ən çox oxunanalar