Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oliqarxların məxfi hesablarda gizlədilmiş milyardları - Nazir təcili Virgin adalarına uçdu...

Böyük Britaniyanın dənizboyu əraziləri üzrə naziri (Minister for Overseas Territories) Amanda Millinq rusiyalı oliqarxların sanksiyalardan yayınmaq üçün öz milyardlarını ofşor zonalarında açılan məxfi hesablarda gizlətməsinin qarşısını almaq üçün Britaniya Virgin adalarına uçub. Virtualaz.org “The Guardian” qəzetinə istinadən xəbər verir ki, Böyük Britaniyanın vergi cənnətləri rusiyalı oliqarxlar üçün sanksiyalardan yayınmaq imkanı yarada bilər və artıq onlardan bəzilərinin öz aktivlərini ofşor zonalara köçürdüyü haqda xəbərlər var.

Nazir bu cür xəbərlər fonunda təcili müzakirələr aparmaq üçün Virgin adalarına yollanıb və bildirilir ki, Amanda Millinq yerli hakimiyyətlə Böyük Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların bu ofşor zonasında tətbiq edilməsinin yollarını müzakirə edəcək.

Britaniyanın adalarında da bu sanksiyalar qanuni qüvvəyə malikdir və hüquq-mühafizə orqanları ofşor zonada qeydiyyatdan keçmiş şirkətlərin benefisiarlarının reyestrinə birbaşa çıxışa malik olmalıdır.

Bildirilir ki, Britaniya hökuməti bu addımı “The Guardian” qəzetinin Rusiya oliqarxlarının və məmurlarının ofşorlarda gizlədilmiş sərvətləri barədə seriya məqalələrinin ardınca atıb. Nazirin dörd günlük səfərinin ardınca Böyük Britaniya hökuməti yaxın həftələrdə adalar hökumətlərində korrupsiya araşdırmalarına dair hesabatı dərc etməlidir. Gözlənilir ki, bu hesabatda Virgin adaları hökumətinin rəhbəri Endryu Fahi barədə tənqidi faktlar yer alacaq.

Nazir Millinq baş nazir Fahi və Bitaniya Virgin adalarının maliyyyə xidmətləri sənayesinin nümayəndələri ilə görüşərək onlara Böyük Britaniya hökumətinin tətbiq etdiyi sanksiyalara əməl edilməsinin vacibliyini çatdırıb. Ada hökumətində vəd ediblər ki, sanksiyalara uyğun olaraq oliqarxların Virgin adalarında yerləşdirdikləri aktivlərə də həbs qoyulacaq.

Bildirilir ki, rusiyalı oliqarx Aleksey Mordaşov Böyük Britaniyanın sanksiyaları altına düşdüyü gün 1,3 milyard dolları Virgin adalarındakı ofşor hesabına köçürüb. Habelə “The Guardian” digər nəşrlərlə birlikdə müəyyən edib ki, “Arsenal”ın səhmdarı Əlişir Usmanovun Surrey qəsri və Londondakı mülkləri Virgin adalarında qeydiyyatdan keçmiş investisiya fondlarının mülkiyyətinə keçirilib.

Lakin indi Vircin adalarının və digər offşor zonaların administrasiyaları Böyük Britaniyanın hüquq-mühafizə orqanlarına aktivlərin reyestrlərini açır. Nazir Millinq səfər zamanı ada hökumətinə tapşırıb ki, aktivlərin benefisiarlarının bütün reyestrini ictimaiyyətə açsın. Hansı ki, benefisiarların ofşorlarda gizlədilməsi indiyədək korrupsioner məmurlar və oliqarxlar üçün ən güclü silah idi. Böyük Britaniya hökuməti israr edir ki, belə publik reyestr 2023-cü ilin sonlarına qədər hazır olmalıdır. Amma bəzi ofşor zonaların administrasiyaları hələlik bu tələbə müqavimət göstərir.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar