Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oliqarx Kolomoyskiyə Ukraynada yeni ittihamlar irəli sürülüb...

Ukrayna hüquq-mühafizə orqanları İqor Kolomoyskiyə qarşı yeni ittihamlar irəli sürüb...

Poliqon xəbər verir ki, Ukrayna prezident aparatının rəhbərinin müşaviri Sergey Leşşenko Telegram kanalında bildirib. O, iş adamına qarşı yeni ittihamların istintaq təcridxanasında vəkilin iştirakı ilə irəli sürüldüyünü yazıb.

Leşşenkonun sözlərinə görə, Kolomoyski üç maddə üzrə şübhəli bilinir:

pul vəsaitlərinin köçürülməsi üçün sənədlərin saxtalaşdırılmasının təşkilində;

başqasının əmlakının mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda ələ keçirilməsini təşkil etməkdə;

cinayət yolu ilə əldə edilmiş əmlakın əldə edilməsində və haqqında sərəncam verilməsində.

İstintaqın fikrincə, İqor Kolomoyski cinayətkar qrup təşkil edib və ona rəhbərlik edib. Onların arasında Privatbank-ın Kiyev filialının rəhbəri Sergey Volkov və təşkilatın digər məsul şəxsləri olduğu iddia edilir.

“Kolomoyski və qrupun digər üzvləri “PrivatBank”ın vəsaitlərini ələ keçirməyə yönəlmiş cinayətkar fəaliyyət planı hazırlayıblar. Bu, “Privatbank”ın baş ofisinin kassasına Kolomoyskinin adından nağd pul qoyuluşu görüntüsünün süni şəkildə yaradılması, onun uçotunun aparılması və inkassatorlar tərəfindən mövcud olmayan nağd pulun daşınmasının qeydə alınmasından ibarət olub”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, sentyabrın 7-də Ukrayna Milli Antikorrupsiya Bürosu İqor Kolomoyskini “Privatbank”dan 9,2 milyard qrivna (249 milyon dollar) mənimsəməkdə ittiham edib. İndi İqor Kolomoyski ğlkədən 13,5 milyon dolların qanunsuz çıxarılması işi üzrə istintaq təcridxanasındadır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Prezident və birinci xanım Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar - Yenilənib

Avtomobil almaq istədilər, bir milyon manatından oldular

Ən çox oxunanalar