Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“O səs Türkiyə”də azərbaycanlılara qadağa qoyulub?

Türkiyənin məşhur yarışması “O səs Türkiyə”yə oktyabrın 6-dan start verilib. Artıq 6 proqram yayımlansa da, azərbaycanlıların müsabiqədə iştirak etməməsi diqqət çəkib

Belə ki, hər mövsüm azərbaycanlıların axın etməsi ilə diqqət çəkən proqramda həmvətənlərimizin olmaması proqramda qadağa olduğu iddiaların yaranmasına səbəb olub. Çünki adətən hər proqramda azı 2 həmyerlimizin çıxış etməsinə adət etdiyimiz halda bu dəfə iştirakçılar arasında azərbaycanlıların olmaması ötən il yaşanmış qalmaqalı xatırladıb.

Ötən il nələr baş vermişdi?

Azərbaycanlılarla müsabiqənin yaradıcı heyəti arasında qalmaqal yaşanmışdı. Belə ki, iştirakçılar Zülfü Əsədov, İlham Nəzərov, Müşfiq Əliyev, Gülşən İbadova onları sıxışdırdıqlarını demişdilər. Onlar bildirmişdi ki, müsabiqədən uzaqlaşdırılmaqlarını onlara qarşı yaradılan kampaniyadan irəli gəldiyini bildirmişdilər.

Daha sonra Acun İlıcalının köməkçisi Nazlı Sütçü bildirmişdi ki, Azərbaycanlılara qarşı kampaniya aparılması iddiaları yalandır: “Azərbaycanlı iştirakçılar Gökhan və Hakanın komandasında idi. Münsiflərin öz istəyi ilə yarışacaq iştirakçılar qruplaşdırılır. Jürilər opera janrında ifa edən iştirakçıları bir qrupa, türkü oxuyanları başqa qrupa, əcnəbi dildə oxuyan iştirakçıları isə üçüncü qrupa salıblar. Təsadüfən onlar eyni qrupa düşdülər. Azərbaycanlılar isə özümüzük, sizlərlə özümüz arasında fərq qoymuruq. Biz sizə əcnəbi kimi baxmırıq”.

Sonrakı mövsümdə də azərbaycanlılar müsabiqədə iştirak etsə də, onların sayı əvvəlkilərdən daha az olub.

Qeyd edək ki, Hadisənin, Murat Bozun, Seda Sayanın və Beyazit Öztürkün münsif qoltuğunda oturduğu müsabiqə şənbə-bazar günləri TV8-də yayımlanır.(musavat.com)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Baş nazirin müavini Əli Əhmədov parlament seçkiləri ilə əlaqədar məzuniyyətə çıxacaq

Ən çox oxunanalar