Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“O şəkli mənim oğlum yaymayıb” - Məmur qalmaqallı foto ilə bağlı açıqlama verdi

Dövlət Dəniz Agentliyinin direktor müavini Şahlar Məmmədov "Bakı Gəmiqayırma Zavodu”ndan yayılan qalmaqallı fotoda oğlunun adının hallandırılmasına münasibət bildirib

O, BakuPost-a açıqlamasında deyib ki, fotonun yayılmasında oğlu Hikmət Məmmədovun heç bir günahı yoxdur:

"Hikmət Dənizçilik Akademiyasını bitirib, ağıllı, savadlı oğlandır. 28 yaşı var. "Bakı Gəmiqayırma Zavodu”nda işləyirdi. O, hərfin düşdüyünü görüb, kapitana deyib ki, zavod rəhbərliyinə xəbər versin. Hikmət bu barədə kapitana deyəndə foto artıq sosial şəbəkələrdə yayılıbmış. Sadəcə oğlum bunu dediyi üçün sonradan belə qənaətə gəliblər ki, fotonu o yayıb. Mənim oğlum elə şey etməz. Anlaşılmazlıq oldu, işdən də çıxardılar. Sadəcə biz üstünə getmədik. Hər işi buraxdıq Allaha. Mənim oğlum elə addım atmaz”.

Şahlar Məmmədov məsələnin daha da böyüməməsi üçün heç kimə açıqlama vermək istəmədiyini bildirib: "Olan oldu. İndi bu məsələyə qayıtmaq istəmirəm. Xəbərin o şəkildə yayılmasının yanlış olduğunu sonradan hamı başa düşdü. Amma gec idi, güllə atılmışdı. Gərək, belə olmazdı. Mən məsələnin üstünə gütmədim, sakitcə müşahidə elədik prosesi. Xahiş edirəm, mətbuat bu məsələni böyütməsin”.

Qeyd edək ki, son günlər bəzi elektron media resursları və sosial şəbəkələrdə "Bakı Gəmiqayırma Zavodu” ilə bağlı foto yayılıb. Fotoda zavodun lövhəsindəki "gəmiqayırma” sözündə "g” hərfinin düşdüyü, yerdə qalan hərflərdən isə biədəb bir söz yarandığı görünüb.

Zavodun yaydığı məlumatda deyilir ki, 22 oktyabr saat 11:00 radələrində BGZ-nin əsas giriş qapısında yerləşən və zavodun adı qeyd edilən lövhənin üzərində təmizlik işləri görülərkən bəzi hərflərin rənginin solduğu, yerindən qopa biləcəyi müəyyən edilib və bu barədə zavodun aidiyyəti şöbəsinə məlumat verilib.

"Hərflər bərpa edilməsi məqsədi ilə çıxarılaraq boya sahəsinə aparılıb. Elə həmin gün, saat 16:40 radələrində qeyd edilən təmir işləri başa çatdırılaraq hərflər yerinə bərkidilib. BGZ-də hazırda təmir edilən gəmilərdən birinin əməkdaşları, ikinci köməkçi Məmmədov Hikmət və bosman Babayev Elşad yuxarıda qeyd edilən vaxt əsnasında, daha dəqiq desək saat 16:13 radələrində bu lövhəni görüb və onun fotoşəklini çəkərək digərləri ilə paylaşıblar. Yuxarıda adları qeyd edilən şəxslər BGZ-nin daxili qaydalarını pozduqları üçün onların zavod ərazisinə girişi qadağan olunub və bu barədə onların onların çalışdıqları şirkətə yazılı şəkildə məlumat verilib", - deyə zavodun açıqlamasında bildirilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

Bank kartlarına kiberhücumlar edərək külli miqdarda pulları ələ keçirən dəstə üzvləri həbs edilib

Ələt-Osmanlı-Astara dəmir yolu xətti yenidən qurulur

Azərbaycan Prezidenti: Sülh və ərazilərimizin azad edilməsi naminə bütün şəxsi emosiyalarımı kənara qoymalı idim    

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

Dövlət başçısı: Avropa bir tərəfdən bizdən qaz hasilatını artırmağı xahiş edir, digər tərəfdən bunu maliyyələşdirmir

Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

Ən çox oxunanalar