Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“O, vətən xainidir, əclafdır!…” – Putin Skripala olan nifrətini gizlədə bilmədi

Rusiyada enerji forumunda iştirak edən prezident Vladimir Putin İngiltərədə zəhərlənmiş və böyük siyasi qalmaqala səbəb olmuş Sergey Skripal barəsində danışıb

Rusiya prezidenti çıxışı zamanı ölkəsində polkovnik rütbəsinə qədər yüksəlmiş, sonradan isə İngiltərə xüsusi xidmətlərinə işləmiş kəşfiyyatçıya olan nifrətini gizlədə bilməyib: “Görürəm ki, bəzi informasiya mənbələri cənab Skripalı az qala hüquq müdafiəçisi kimi sırımağa çalışırlar. Ancaq o, sadəcə casusdur, vətən xainidir, başa düşürsünüz? O, sadəcə əclafdır!”

Prezident həmçinin deyib ki, xüsusi xidmət orqanları arasındakı savaş, mübarizə yeni hadisə deyil: “Məlum olduğu kimi, casusluq və fahişəlik dünyadakı ən vacib peşələrdəndir…”

Putin xatırladıb ki, Skripal Rusiyada vətənə xəyanət ittihamı ilə 5 il həbsdə yatıb: “Biz onu buraxdıq, vəssalam. O, getdi və bəzi xüsusi xidmət orqanlarına məsləhətlər verməkdə davam etdi, nə olsun?”

Bundan əvvəl isə V.Putin ümumiyətlə, Skripal ətrafındakı “yaradıcı dedi-qodunu” yığışdırmağı təklif etmişdi.

Xatırladaq ki, rəsmi Moskva dəfələrlə inkar etsə də, İngiltərə hüquq-mühafizə orqanları davamlı olaraq, S.Skripalın Solsberi şəhərində zəhərlənməsində Rusiya xüsusi xidmət orqanlarının əlinin olduğunu iddia edib. Və hadisəni törətməkdə günahkar bildiyi şəxslərin kimliyini də ortalığa çıxarıb.(AzPolitika)

pia.az


Etiket: Putin Skripal

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Ən çox oxunanalar