Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nümayəndələr Palatası Ukraynaya yardımla bağlı qanun layihəsini rədd edəcək

ABŞ Konqresinin Nümayəndələr Palatası Senatın Ukraynaya yardımla bağlı qanun layihəsinə məhəl qoymayacaq...

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib ki, Nümayəndələr Palatasının cənub sərhədlərinin təhlükəsizliyini gücləndirmək üçün tədbirlər görmədən Senatın Ukrayna, İsrail və Tayvana yardım layihəsinə məhəl qoymayacaq.

Poliqon xəbər verir ki. bu barədə Associated Press Agentlyi Consona istinadən məlumat yayıb. Spiker sərhəd təhlükəsizliyi müddəalarının olmamasını “ölkənin üzləşdiyi ən aktual problemə susqunluq” kimi dəyərləndirib.

Senat sərhəd siyasətinə dəyişikliklə bağlı bir dənə də olsun təklif almadığına görə, Nümayəndələr Palatası təkbaşına bu mühüm məsələlər üzərində işləməyə davam etməli olacaq”, deyə Conson bildirib.

AP-nin məlumatına görə, bəzi respublikaçı senatorlar Rusiyaya güzəştləri ABŞ üçün təhlükə yarada biləcək təhlükəli addım adlandırıblar. Şimali Karolina ştatının senatoru Thom Tillis bildirib ki, bu Ukraynanı dəstəkləyən ittifaqın dağıdacaq, həmçinin Çini daha da cəsarətləndirəcək.

Qanun layihəsində Ukraynaya (60,06 milyard dollar), İsrailə (14,1 milyard dollar) və Tayvana (4,83 milyard dollar) dəstək üçün 118 milyard dolların ayrılması, həmçinin ABŞ sərhədlərinin möhkəmləndirilməsi tədbirləri (20,23 milyard dollar) nəzərdə tutulur. Fevralın 7-də Senat prosessual səsvermədə ikitərəfli razılaşmanı rədd edib. Bundan sonra Senat sərhədlərin möhkəmləndirilməsi tədbirlərinin maliyyələşdirilməsinə dair maddə olmadan İsrail, Ukrayna və Tayvana yardım haqqında qanun layihəsini müzakirəyə qəbul edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

PUA-lar müharibə qaydalarını dəyişir: Təhlükəsiz səngərlər ölüm tələlərinə çevrilir...

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

Ən çox oxunanalar