Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Noyabrın 2-dən sonra bütün təhsil müəssisələri distant təhsil formasına keçəcək” - Ekspert

Təhsil eksperti: “Təhsil Nazirliyinin açıqlamasına görə sentyabrın 21-ə qədər məktəblərdə ümumilikdə 121 nəfərdə koronavirusa yoluxma halları aşkarlanıb. Bütün bunlar onu deməyə əsas verir ki, qarşıdakı vaxtlarda kütləvi yoluxmanın olması ehtimalı var”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi məktəblərdə koronavirusa yoluxma hallarının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Təhsil Nazirliyi məktəblərdəki vəziyyətlə bağlı açəqlama yayıb. 21 sentyabr 2020-ci il tarixinə olan məlumata görə, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməmişlər. Bu şəxslər, ümumilikdə, 346 nəfərlə təmasda olmuşlar.

Bu günə olan məlumata əsasən, koronavirusa yoluxma ilə əlaqədar respublika ərazisində cəmi bir məktəbdə, Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimiin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib. Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.

Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib. Ötən günlər ərzində şagirdlər arasında məktəbdaxili yoluxma halına rast gəlinməyib. Qeydə alınmış yoluxmaların ailədaxili şəraitdə baş verməsi müəyyən edilib.

Məktəblərdə baş verən yoluxmaların bu qədər yüksək olmasının səbəbi nədir və Təhsil Nazirliyinin fəaliyyətində bu məsələdə nöqsanı varmı? Həmçinin koronavirusa görə məktəblərin tamamilə distant təhsilə keçməsi ehtimalı var?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “Dərsə gedib-gələn şagirdlərin, müəllimlərin virusa yoluxma riski yüksəkdir”.

Bir həftə ərzində yoluxmanın yüksək olmasına baxmayaraq olaraq Təhsil Nazirliyinin fəaliyyıtində bununla bağlı nöqsan görmədiyini vurğulayan ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, məktəblərdə nəzarətə təhsil müəssisələrinin rəhbərləri və nəzarətçilər diqqət etməlidirlər:

“Bəli dünən Təhsil Nazirliyinin açıqlamasına görə sentyabrın 21-ə qədər məktəblərdə ümumilikdə 121 nəfərdə koronavirusa yoluxma halları aşkarlanıb. Bütün bunlar onu deməyə əsas verir ki, qarşıdakı vaxtlarda kütləvi yoluxmanın olması ehtimalı var. Kütləvi yoluxma xüsusən təhsil müəssisələrində ola bilər. Çünki dərs gedib-gələn şagirdlərin, müəllimlərin virusa yoluxma riski yüksəkdir.

Bu işdə ümumi olaraq Təhsil Nazirliyinin günahını görmürəm. Çünki məktəblərdə nəzarətə təhsil müəssisələrinin rəhbərləri və nəzarətçilər diqqət etməlidirlər. Eyni zamanda valideynləri məsuliyyəti burada əsas faktordur.

Elçin Əfəndi: “Təhsil müəssisələrində kütləvi yoluxma halları gözləniləndir”.

Bildiyimiz kimi Quba rayonunda və Bakı şəhərində artıq bir neçə məktəb fəaliyyətini dayandırıb və distant formada təhsil verməyə başlayıblar. Bir neçə ay bundan əvvəl biz qeyd etmişdik ki, ümumi təhsillə bağlı 2 milyona yaxın insan var. Bu 2 milyona yaxın insan da demək olar ki, hər ailədə bir nəfərin təhsilə bağlılığını göstərir. Buna görə də təhsil müəssisələrində kütləvi yoluxma halları gözləniləndir.

Onu da qeyd edim ki, ibtidai təhsil alan şagirdlərin virusa yoluxma riski azdır. Amma onlar da virus daşıyıcısı ola bilər və evdəki valideynlərini, yaşlı nəslin nümayəndələrini yoludura bilərlər.

Ümumilikdə isə noyabr ayının 2-dən sonra bütün təhsil müəssisələri distant təhsil formasına keçəcək. Həmçinin bu tarixdən sonra bir neçə müəssisələrin bağlanma ehtimalı var. Yəni müəyyən sahələrin fəaliyyətinə icazə verilmişdi. Amma kütləvi yoluxma olandan sonra həmin müəssisələrin də bağlanması gündəmə gələcək”.


Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Ən çox oxunanalar