Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Notr Dam de Pari üçün milyonlar, bəs kasıblar?” – Parisdə aksiya keçirilir

Fransanın paytaxtı Parisdə İqtisadiyyat Nazirliyinin binası yaxınlığında “sarı jiletlilər”in etiraz aksiyası başlayıb

Məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, aksiya iştirakçılarından biri “Notr Dam de Pari üçün milyonlar, bəs kasıblar?” şüarı tutub.

Hakimiyyət Yelisey çölü prospektində, Parisin Müqəddəs Ana kilsəsinin yerləşdiyi rayonda etiraz aksiyasının keçirilməsinə növbəti dəfə icazə verməyib.

Qeyd edək ki, “sarı jiletlilər” 23-cü həftədir küçələrdə aksiya keçirirlər.

“Milyarderlər kilsəsinin bərpasına milyard avro tapır, ancaq 140 min evsiz-eşiksiz barədə heç kim düşünmür”, – deyə yürüş iştirakçılarından biri “Facebook” səhifəsində yazıb.

Fransanın Daxili İşlər naziri Kristofer Kastaner aksiya ərəfəsində bildirmişdi ki, yürüşün təhlükəsizliyini 60 min polis əməkdaşı təmin edəcək.

Qeyd edək ki, “sarı jiletlilər” 2018-ci il noyabrın 17-dən Fransada 2019-cu il yanvarın 1-dən benzinə tətbiq edilən vergini 2,9 faiz, dizelə isə 6,5 faiz artırılacağına qarşı etiraz aksiyası keçirir.

Etiraz aksiyası zamanı polislər gözyaşardıcı qazdan istifadə ediblər.

“Report”un Fransa bürosu xəbər verir ki, Respublika meydanına tərəf yürüş edən aksiya iştirakçıları yürüş üçün icazə verilən marşrutdan kənara çıxması səbəbindən asayiş təminatçıları gözyaşardıcı qazdan istifadə edib.

Xatırladaq ki, “Sarı jiletlilər”in in tələblərinə cavab tədbirləri hazırlamaq məqsədilə keçirilən “böyük debatlar”ın nəticələri 15 aprel tarixində saat 20.00-də Fransa Prezidenti Emmanuel Makron tərəfindən televiziya vasitəsilə xalqa açıqlanmalı idi. Parisin Notr-Dam kilsəsində həmin tarixdə saat 18.15-də baş verən yanğın səbəbindən ölkə prezidenti çıxışını təxirə salmaq məcburiyyətində olub. Beləliklə, “Sarı jiletlilər” 23 həftə bundan qabaq 17 noyabrda başladıqları nümayişləri davam etdirirlər. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar