Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Norveç şirkəti Türkiyədə qaz ehtiyyatları aşkar etdi


Norveçin "Statoil" şirkətinin baş direktoru (CEO) Eldar Setre Türkiyənin Trakya bölgəsində təbii qaz ehtiyatlarının tapıldığını və araşdırmaların nəticələrinin etibarlı olduğunu bildirib



"Bloomberg" agentliyinin verdiyi xəbərə görə, E.Setre Norveçin Stavanger şəhərində keçirilən Beynəlxalq Enerji Konfransında (ONS) "Anadolu" agentliyinə verdiyi müsahibəsində qeyd edib ki, bölgədəki ehtiyatlar nəinki "Statoil", həmçinin Türkiyənin mənafelərinə xidmət edəcək. 

"Statoil"un rəhbəri qeyd edib ki, Trakya bölgəsində kanadalı ortaqları - "Valeura" şirkəti ilə çalışmalar davam etdirilir. O, Trakyanın Tekirdağ rayonunda yerləşən "Banarlı" qaz sahəsində kəşfiyyat işlərinin davam etdirildiyini vurğulayıb. E.Setre bölgədə iki böyük quyuda qazma işləri ilə yanaşı, 3D seysmik kəşfiyyat işlərinin aparıldığını xatırladıb. 

Perspektiv strukturda aparılan kəşfiyyat işləri 540 kv. km sahəni əhatə edir. "Valeura" ilə "Statoil" bu ilin mayın 16-da Trakyada qaz ehtiyatları kəşfiyyatına başlamaq məqsədi ilə iki bölgə üçün lisenziya alıb və buradakı quyulardan birində gələn ilin əvvəllinə qədər qaz hasil olunacağını bəyan edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar